Xaçmazda qanunsuz qum-çınqıl daşınmasının qarşısı alınıb
Xaçmaz, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyəti dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində bundan sonra da tədbirlər davam etdiriləcək.