REGİONLAR
Xaçmazda Qudyalçay üzərindən yeni alternativ yol açılıb VİDEO
Xaçmaz, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Qudyalçay üzərindən çəkilən alternativ yol istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolu ilə Xaçmaz rayonu ərazisindən hərəkət edən avtomobillər yeni körpü tikilənədək çayın əks tərəfinə bu alternativ yoldan keçəcək.
Vətəndaşların rahat hərəkətini təmin etmək məqəsdilə tikilən müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub. Yoldan əsasən Xaçmazdan Xudat, Nabran, Yalama və Rusiya Federasiyası dövlət sərhədi istiqamətinə və əksinə hərəkət edən avtomobillər istifadə edir.
Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşası sürətlə davam edir. Uzunluğu 66, eni 15 metr olacaq ikiaşırımlı yeni körpünün noyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulub.