XAÇMAZDAKI SƏNAYE MÜƏSSİSƏLƏRİNİN TƏMİZLƏNMƏMİŞ ÇİRKABI DƏNİZƏ VƏ ÇAYA AXIDILIR
Xaçmaz rayonundakı sənaye müəssisələrinin təmizlənməmiş çirkabı Qudyalçaya axıdılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Xəzərin Kompleks Ekoloji Monitorinqi İdarəsi əməkdaşlarının apardıqları tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Qafqaz konserv zavodu Quba-Qusar kanalizasiya kollektoru vasitəsilə hər gün Qudyalçaya 420 kubmetr təmizlənməmiş çirkab axıdır. Müəssisənin çirkabın formalaşdığı hissəsindən götürülən su nümunələri ekotoksikoloji baxımdan zərərli olmuşdur. Xaçmaz eksperimental konserv kombinatı və ərzaq məhsulları kombinatı ərazisində də oxşar vəziyyət müşahidə edilmişdir.
Ekoloqlar Xəzər Dəniz Gəmiçiliyinin Nabranda yerləşən yardımçı donuzçuluq təsərrüfatının çirkabı dənizə axıtması faktını da aşkara çıxarmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]