Xalça Muzeyi beynəlxalq əməkdaşlığı genişləndirir
Bakı, 15 dekabr, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən yaranmış mövcud vəziyyətə baxmayaraq, Azərbaycan Milli Xalça Muzeyi beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Belə ki, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Milli Xalça Muzeyi ilə Ukrayna Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin mübadiləsi, onların elmi konfranslarda iştiraklarının təşkili, birgə tədqiqatların aparılması, sərgi layihələrinin reallaşdırılması barədə razılıq əldə olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Xalça Muzeyi ölkəmizin mədəniyyət tarixində ilk dəfə dünya şöhrətli muzey təşkilatları - Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajı Muzeyi ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb. Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı birgə layihəsinə başlanılıb.
Bütün bunlar Azərbaycan muzeyşünaslığı üçün böyük uğur sayıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]