Xalq artisti Mənsum İbrahimov izləyicilərin görüşünə gələcək
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 9-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açacaq.
Muğamlarımız, xalq mahnı və təsniflərimiz, yüksək ifaçılıq mədəniyyətinin hakim kəsiləcəyi görüşü saat 17:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Mənsum İbrahimovun - @mansumibrahimovofficial “Instagram” hesablarından canlı izləyə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]