Xalq Artisti Mirzə Babayevin 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində Xalq Artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş “Kimlər gəldi, kimlər getdi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəb şagirdlərinin müğənninin oxuduğu mahnılara çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Sonra Mirzə Babayevin xatirə lent yazısı səsləndirilmiş və müğənni haqqında çəkilmiş film nümayiş olunmuşdur.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Mehriban Qurbanova və məktəbin müəllimi Təranə Salamova və başqaları unudulmaz sənətkarın həyat və yaradıcılığından söhbət açmışlar.
Sonda xanəndə və vokal ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında ustadın repertuarından mahnılar səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:31]
Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb
- 18.06.2026 [12:20]
Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO
- 18.06.2026 [12:05]
XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO
- 18.06.2026 [11:58]
Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev
- 17.06.2026 [23:50]
Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb VİDEO
- 17.06.2026 [22:49]