XALQ ARTİSTİ SÜLEYMAN ƏLƏSGƏROVUN XATİRƏSİ YAD EDİLMİŞDİR
Muzeydən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə çıxış edən natiqlər Süleyman Ələsgərovun musiqi mədəniyyətimizin inkişafındakı böyük xidmətlərindən, onun müxtəlif janrlarda bəstələdiyi və respublikamızın mədəni həyatında mühüm rol oynayaraq milli bəstəkarlıq sənəti tarixinə parlaq səhifələr yazmış əsərlərindən danışmış, xatirələrini söyləmişlər.
Gecədə Dövlət xalq çalğı alətləri orkestrinin və Dövlət Musiqili Komediya Teatrı artistlərinin ifasında bəstəkarın əsərləri səslənmişdir.
Axırda tədbir iştirakçıları Süleyman Ələsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]