Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 25-də II Fəxri xiyabanda dəfn edilib.
AZƏRTAC xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov
Videooperator - Ceyhun Mustafayev