Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Cümhuriyyəti zəngin dövlətçilik tariximizdə silinməz izlər qoyub

Naxçıvan, 26 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Naxçıvanda silsilə tədbirlər keçirilib.

“Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəsna rola malikdir” mövzusunda Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə ilə çıxış edib.

Bildirib ki, dövlət başçısının 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər keçirilir.

“23 ay yaşamasına baxmayaraq, cümhuriyyət zəngin dövlətçilik tariximizdə silinməz izlər qoyub”, - deyən təşkilat sədri vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilib.

Məruzəçi diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil dövlət idealları 70 il sonra - ötən əsrin 90-cı illərində Naxçıvanda şölələnib. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında yaşayan, Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edilib, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb. Görkəmli dövlət xadiminin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin qorunması istiqamətində mühüm tədbirlər reallaşdırılıb, müstəqilliyimiz əbədi və dönməz olub.

Sonda təşkilatın sədr müavini, şura üzvü Nihal Məmmədov, Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli və şura üzvü Ovni Muradovun çıxışları dinlənilib.

X X X

Naxçıvan Dövlət Universitetində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının iştirakı ilə keçirilən konfransdan öncə cümhuriyyətə həsr edilən sərgiyə baxış olub.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib.

“Cümhuriyyətə işıq saçan qadınlar” mövzusunda məruzə edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova bildirib ki, cümhuriyyət dövrünün ziyalı qadınları, əsasən, mədəni-maarif, sosial, ictimai sahədə fəaliyyət göstəriblər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımların dövrün kişilərindən geri qalmadığını önə çəkən məruzəçi buna cümhuriyyət hakimiyyətinin qadın hüquqları istiqamətində apardığı düzgün siyasət nəticəsində nail olunduğunu vurğulayıb.

Tədbir incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

X X X

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransda institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilib. Cəmi 23 ay fəaliyyət göstərsə də, milli dövlətçiliyimizin inkişafı üçün çox mühüm qərarlar qəbul olunub, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu sahələrində böyük addımlar atılıb. Ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu müstəqillik qorunub saxlanıldı, milli dövlətçiliyimizin varislik ənənələri üzərində inkişafı təmin edildi.

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, daxili və xarici siyasəti” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Şərqdə ilk demokratik cümhuriyyət olan bu dövlət tamamilə demokratik prinsiplər əsasında fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti ölkə daxilində bir çox mühüm işlər həyata keçirməklə yanaşı, beynəlxalq aləmdə tanınmaq, ölkənin siyasi maraqlarını beynəlxalq səviyyədə müdafiə etmək üçün ciddi addımlar atıb.

Qeyd olunub ki, Xalq Cümhuriyyəti dövründə Naxçıvan çox gərgin bir vəziyyətdə olsa da, naxçıvanlıların mübarizliyi nəticəsində bu ərazi Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılıb.

Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Bədii dildə Azərbaycan bayrağının tərənnümü” mövzusunda çıxış edib.

X X X

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə çıxış edən kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası bu gün dünya birliyində müstəqil dövlət kimi böyük nüfuz qazanıb. Respublikamızda demokratik ənənələr, söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə qorunur.

Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi” mövzusunda məruzə edib. O, Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrinin yaşadılmasındakı rolundan danışıb, həmin dövrdə dövlət təsisatlarının yaradılmasının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə olub. Cümhuriyyətin yaradılması, həmin dövrdə ölkəmizdə cərəyan edən hadisələr barədə söz açan Elbrus İsayev qeyd edib ki, milli dövlətimiz hələ yüz il bundan öncə, hətta bir çox Qərb ölkələrindən əvvəl demokratik dəyərləri əsas götürüb, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşına bərabər hüquqlar, qadınlara səsvermə və təhsil almaq hüququ verib.

Sonra kollecin müəllimləri - Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Sürəyya Ələkbərovanın “Xalq Cümhuriyyəti parlamentinin yaradılması milli demokratik dövlət quruculuğunun şərəfli səhifəsidir”, Gülər Bayramovanın “Ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Aytən İmanovanın “Azərbaycan Xalq Cümhuriyyətinin diplomatlarının Naxçıvanla bağlı fəaliyyətləri” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda 28 May - Respublika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

AZƏRTAC -ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi