XALQ MÜDAFİƏÇİSİ BƏYANAT VERMİŞDİR
Bu qəzet “A-info” agentliyinin məlumatına əsaslanaraq yazmışdır ki, guya xalq müdafiəçisinin Gürcüstan parlamentinə təqdim olunmuş illik hesabatında Culfada (Naxçıvan) azərbaycanlılar tərəfindən qədim erməni qəbiristanının dağıdılması qeyd edilmiş və bundan gürcü deputatları həyəcanlanmışlar.
Sozar Subarinin rəsmi bəyanatında deyilir ki, “Daşnaklar və erməni separatçılar Sozar Subariyə minnətdardılar” adlı məqalədə gətirilən faktlar tamamilə yalandır və etnik ədavətin qızışdırılmasına yönəldilmişdir. Qəzet hər cür jurnalist etikasını pozaraq, faktları yoxlamadan belə bir məlumat yaymışdır. Xalq müdafiəçisi bu məsələ barədə danışmamışdır və danışa da bilməz, çünki həmin məsələ Gürcüstan vətəndaşları ilə əlaqədar deyildir. Qəzet xalq müdafiəçisi aparatı ilə əlaqə yaratmamış, məlumatın düzgünlüyünü yoxlamamış, xalq müdafiəçisinin hesabatını tələb etməmişdir. Qardaş Azərbaycanın bizə yardım əli uzatdığı indiki vəziyyətdə bu cür yalan məlumatın yayılması iki dost ölkənin arasını vurmağa xidmət edir.