Xalq Yazıçısı Çingiz Abdullayev hərbi dənizçilərin qonağı olub
Bakı, 6 noyabr, AZƏRTAC Dünya şöhrətli yazıçı, əsərləri müxtəlif dillərə tərcümə edilmiş, “Şöhrət” ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova tədbiri açaraq yazıçının zəngin yaradıcılığından danışıb.
Görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsindən danışıb, suallara ətraflı cavab verib.
Sonda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov Çingiz Abdullayevə təşəkkür edərək, yaradıcılıq uğurları arzulayıb.
Xalq Yazıçısına hərbi kollektiv adından hədiyyə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]