Xalq yazıçısı İsa Hüseynovun “Saz”ı Qırğızıstan ədəbiyyat portalında
Bakı, 8 iyun, AZƏRTAC
Qırğızıstanın məşhur Literatura.kg (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsini yerləşdirib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat - Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və onun yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.
Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat - Azərbaycan” bölməsi mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.