Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin iyulu

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin iyulu

Bakı, 5 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 iyul. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakı metrosunda törədilmiş terror aktı ilə əlaqədar hadisə yerinə gəldi. Daha sonra 5 nömrəli şəhər klinik xəstəxanasında yaralılara baş çəkdi.

6 iyul. ABŞ jurnalistlərinə və “Utro Rosii” qəzetinə müsahibələr verdi.

7-8 iyul. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü.

9-13 iyul. Səudiyyə Ərəbistanında rəsmi səfərdə oldu.

15 iyul. “British Petroleum Statoil” Alyansının, “Amoco” və “Pennzoil” şirkətlərinin nümayəndələrini qəbul etdi. İsveçrə neft şirkətinin nümayəndələri ilə görüşdü.

18 iyul. Avropa İttifaqı Humanitar yardım komissiyasının ölkəmizdə səfərdə olan üzvlərini qəbul etdi.

25 iyul. ABŞ-ın bir qrup iş adamı ilə görüşdü.

27 iyul. “Moskovskiye novosti” qəzetinə müsahibə verdi.

29 iyul. Bakıda diplomatik kompleksin təməlinin qoyulması mərasimində iştirak etdi.

29 iyul. Təzəpir məscidində din xadimləri ilə görüşdü.

X X X

Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılırdı. Azərbaycan heç bir ölkədən və beynəlxalq gücdən asılı olmayan müstəqil siyasət yürütməyə başlamışdı. Bu, bəzi dairələri qane etmirdi. Müstəqilliyimizə düşmən kəsilən qüvvələr hər cür təxribata, hətta terror aktlarına əl atırdılar. Belə təxribatlardan biri 1994-cü il iyulun 3-də Bakı metropolitenində törədildi. Metronun “28 May” stansiyası ilə “Gənclik” stansiyası arasında hərəkət edən qatarda partlayış törədilməsi nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

Hadisə yerinə gələn Heydər Əliyev orada toplaşanlar qarşısında çıxış edərək bildirdi ki, bu cür təxribatlar Azərbaycanı müstəqillik yolundan döndərə bilməyəcək: “Bu, açıq-aşkar vəhşilikdir. Şübhəsiz ki, respublikamızın daxilində də, xaricində də belə vəhşilər - bizə düşmən olan, Azərbaycan Respublikasının müstəqilliyinə düşmən kəsilən, onun əleyhinə çıxan qüvvələr var. Lakin qoy onların hamısı bilsin ki, belə vəhşiliklərlə, təxribatlarla heç kəs Azərbaycan Respublikasının müstəqilliyini, onun siyasətini sarsıtmağa, bizi bu yoldan döndərməyə müvəffəq olmayacaqdır. Biz bütün bu ünsürlərin öhdəsindən gələcəyik...

Bu təxribat xalqa, millətə qarşı, bütün ölkəyə, Bakı şəhərinə qarşı dəhşətli cinayət, böyük bir xəyanətdir. Buna görə də mən hüquq-mühafizə orqanlarımızdan tələb edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Eyni zamanda Azərbaycan vətəndaşlarına, Bakı şəhərinin sakinlərinə müraciət edirəm ki, öz vətəndaşlıq borclarını yerinə yetirsinlər. İçərinizdə olan, xalqımıza zərbə vurmaq, onu sarsıtmaq istəyən, öz şəxsi mənafeyinə görə respublikamızı, xalqımızı daha ağır vəziyyətə salmaq məqsədi güdən adamları aşkara çıxarmaq lazımdır”.

Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməkdə davam edirdi. 1994-cü ilin iyul ayı Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəri ilə əlamətdar oldu. Yola düşməzdən əvvəl Binə Hava Limanında müxbirin sualını cavablandıran Heydər Əliyev dedi: “Dünya dövlətləri birliyində Səudiyyə Ərəbistanının özünə layiq yeri var. O, ərəb dünyasının inkişaf etmiş zəngin bir ölkəsidir. Eyni zamanda, bu dövlət dünya müsəlmanlarının müqəddəs yerlərinin mühafizidir. Ona görə də bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaradılmalıdır...

Mən bu səfərə böyük məmnuniyyətlə gedirəm. Səudiyyə Ərəbistanı məni həm bir ölkə kimi maraqlandırır, həm də müsəlmanların müqəddəs yeri kimi oranı ziyarət edəcəyimi çox böyük həyəcanla gözləyirəm”.

Səfər çərçivəsində Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və digər rəsmi şəxslərlə danışıqlar apardı. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Saziş imzalandı, səfərin yekunlarına dair Birgə Bəyanat qəbul olundu. Ulu Öndər səfər çərçivəsində müqəddəs Kəbəni də ziyarət etdi.

Səudiyyə Ərəbistanından vətənə yola düşərkən jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatla çıxış etdi. Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirərək dedi: “Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”.

Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrələrini verir, dostlarımızın sayı artırdı. Bunun nəticəsi idi ki, Azərbaycanın ərazi bütövlüyünü getdikcə daha çox ölkə dəstəkləyir, Ermənistanın təcavüzkar siyasəti pislənirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib