Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin dekabrı

Bakı, 30 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 dekabr. Prezident Heydər Əliyev Londona səfəri çərçivəsində Böyük Britaniyanın “Ekonomist” jurnalının müxbirinə müsahibə verdi. Londonda Fransanın “Lazar bank”ının prezidenti ilə, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşlər keçirdi.

3-5 dekabr. Parisdə işgüzar səfərdə oldu.

5 dekabr. Ümumdünya Bankının təşkil etdiyi “Azərbaycan üçün investisiyalar” beynəlxalq konfransında çıxış etdi. “9 Eylül” Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktoru adına layiq görüldü.

7 dekabr. Təzəpir məscidində Naxçıvanda baş vermiş təyyarə qəzasında həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün keçirilən matəm mərasimində nitq söylədi.

9 dekabr. Bakıda Türkiyənin “Alkatel-Teletaş” şirkətinin iştirakı ilə yenidən qurulmuş şəhərlərarası rabitə stansiyasının açılış mərasimində çıxış etdi.

Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Türkiyənin “Bayholdinq” şirkətinin tikintisinə başlanacaq binaların təməlqoyma mərasimində iştirak etdi.

16 dekabr. Respublika Kinematoqrafçılar İttifaqı qurultayının yeni seçilmiş idarə heyətinin üzvləri ilə görüşdü.

19 dekabr. Yazıçı Yusif Səmədoğlunun 60 illik yubileyinə həsr olunmuş mərasimdə nitq söylədi.

25 dekabr. Bakı Məişət Kondisionerləri Zavodunun 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış etdi.

Görkəmli ictimai-siyasi xadim, alim və yazıçı-dramaturq Şıxəli Qurbanovun 70 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdi.

27 dekabr. Xalq şairi Osman Sarıvəllinin 90 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak etdi.

29 dekabr. Ailə Sağlamlıq Mərkəzinin açılışında nitq söylədi.

30 dekabr. 1995-ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş Azərbaycan idmançıları və məşqçiləri ilə görüşdü.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciət etdi.

31 dekabr. Bakı şəhərindəki uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlarla görüşdə çıxış etdi.

Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi.

X X X

1995-ci ilin dekabr ayında baş verən əlamətdar hadisələrdən biri Bakıda Türkiyənin “Alkatel-Teletaş” şirkətinin iştirakı ilə yenidən qurulmuş şəhərlərarası rabitə stansiyasının açılması oldu. Açılış mərasimində çıxış edən Ulu Öndər bu hadisəni Azərbaycan Respublikasının müstəqilliyini daha da möhkəmləndirmək, dünyaya çatdırmaq üçün rabitənin inkişafı yolunda yeni bir addım kimi qiymətləndirdi. Rabitənin önəmindən danışan Heydər Əliyev dedi:“Rabitə vasitəsilə biz dünyaya öz ölkəmizdə, respublikamızda olan məlumatları çatdırırıq və rabitə vasitəsilə bütün dünya ölkələrindən, kürreyi-ərzin hər yerindən məlumatlar alırıq. Müasir dövrdə bunsuz yaşamaq mümkün deyildir. Ona görə də rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də insanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda, ictimai-siyasi xarakter daşıyır”.

Ulu Öndər hakimiyyətə qayıdışının ilk illərindən başlayaraq səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Respublikanın səhiyyə ocaqları təmir olunur, yeni tibb müəssisələri yaradılırdı. 1995-ci il dekabrın 29-da Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışı oldu. Açılış mərasimindəki nitqində bunu təqdirəlayiq hadisə kimi dəyərləndirən Heydər Əliyev Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırmaqla yanaşı, bu sahədə həllini gözləyən problemlərdən danışdı.

Sitat: “Dünyanın bütün insanlarının sağlamlığı üçün xas olan amillər var. Eyni zamanda dünyanın hər bir regionunun iqlim şəraitindən asılı olaraq, yaxud da bəzi genetik xüsusiyyətlərdən asılı olaraq özünəməxsus problemlər var. Ona görə də Azərbaycanın səhiyyə işçiləri, tibb alimləri gərək həm qlobal problemləri yaxşı bilsinlər, həm də bu problemlərlə əlaqədar ölkəmizdə tədqiqat işləri, profilaktiki işlər, müalicə işləri aparsınlar. Bununla yanaşı Azərbaycanın özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq, insanların sağlamlığı ilə bağlı problemləri də araşdırsınlar”.

Dahi rəhbər hesab edirdi ki, ölkənin beynəlxalq məkanda tanınmasında mühüm vasitələrdən biri də idmandır. Buna görə də idmana və idmançılara qayğı ilə yanaşır, idmanın inkişafı üçün bütün imkanlardan istifadə edirdi. Dekabrın 30-da 1995-ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş Azərbaycan idmançıları və məşqçiləri ilə görüşən Ulu Öndər idmançılarımızın son illər beynəlxalq arenada əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildirdi ki, bu yarışlar Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyil, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir.

Sitat: “Biz müstəqil dövlət kimi gəncik. Müstəqilliyimizi də, dünya birliyində, beynəlxalq aləmdə tutduğumuz yeri də möhkəmləndirməyə çalışırıq və Azərbaycanı dünyada hamıya tanıtmaq istəyirik. Ancaq aydındır ki, bu, bir günlük, yaxud bir illik iş deyil, uzun sürən bir işdir. Yəni müstəqil Azərbaycanı müstəqil bir dövlət kimi dünyada tanıtmaq üçün biz hələ bundan sonra da çox işlər görməliyik. Dünyada tanınmaq beynəlxalq təşkilatlar tərəfindən müstəqil Azərbaycan dövlətinin tanınması haqqında qəbul olunan qərarlardır. Bununla yanaşı, bu həm də dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında yaranan ikitərəfli, bərabərhüquqlu əlaqələrdir. Şübhəsiz ki, bunlar dövlətçilik nöqteyi-nəzərindən əsas amillərdir. Amma bununla yanaşı, gərək təkcə beynəlxalq təşkilatlarda yox, ayrı-ayrı dövlətlərlə əlaqələrdə yox, həm də hər bir ölkədə, hər bir təşkilatda və dünyanın hər yerində bizim xalqımızı, bizim millətimizi, bizim dövlətimizi tanısınlar. Buna görə də hələ çox iş görməliyik və xalqımızı, millətimizi, dövlətimizi tanıtmaq üçün mühüm vasitələrdən biri də idmandır, idman yarışlarıdır və şübhəsiz ki, idman yarışlarında yüksək adlar əldə etməkdir”.

Müstəqil Azərbaycanın inkişafı, milli mənafelərimizin qorunması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birlik və həmrəyliyinə nail olunmasını tələb edirdi. 30 ildən çoxdur ki, bayram etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə təsis olundu. Naxçıvan Ali Məclisi, həmçinin 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif ünvanladı.

1995-ci il dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycanın müstəqilliyə qovuşmasında yaxın-uzaq xaricdə yaşayan soydaşlarımızın da diqqətəlayiq xidmətləri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev qeyd etdi ki, harada yaşamasından asılı olmayaraq, öz ənənələrinə sadiq qalan, milli-mənəvi köklərinə bağlı olan vətənpərvər soydaşlarımız tarixi Vətənə - Azərbaycana müqəddəs övladlıq borcunu ləyaqətlə yerinə yetirir, Azərbaycan həqiqətinin, xalqımızın haqq səsinin dünyaya obyektiv çatdırılmasında ardıcıl fəaliyyət göstərir, dərdimizə, sevincimizə şərik olurlar. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.

Dekabrın 31-də Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edən Heydər Əliyev 1995-ci ildəki əlamətdar hadisələrdən, əldə edilən uğurlardan, eyni zamanda çətinliklərdən bəhs edərək bildirdi ki, mövcud problemləri aradan qaldırmaq üçün əlindən gələni əsirgəmir və əsirgəməyəcək. Ulu Öndər bayram təbrikində Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunmasını, demokratik parlament seçkilərinin keçirilməsini tarixi hadisə kimi səciyyələndirdi.

Sitat: “Azərbaycanın ilk demokratik konstitusiyasının qəbul olunması, ölkəmizin ilk demokratik parlamentinin seçilməsi Azərbaycanda demokratiyanın inkişafında böyük bir mərhələdir və müstəqil Azərbaycanın gələcəyi üçün yaxşı əsaslar yaradır. Müstəqil Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, xalqımız tutduğu yol ilə əzmlə gedir. Azərbaycanda demokratik hüquqi dövlət qurulur, demokratik vətəndaş cəmiyyəti yaranır, demokratiyanın bütün tələbləri respublikamızda bərqərar olub və bunların gələcəkdə də inkişaf etməsi, insanların sərbəst, azad yaşaması üçün, onların haqlarının qorunması üçün və hər bir vətəndaşın öz istəyini, arzusunu sərbəst yerinə yetirməsi üçün lazımi şərait yaranıb...

Mən bu gün, Yeni il axşamı bildirmək istəyirəm ki, respublikamızın ağır sosial-iqtisadi vəziyyəti ilə əlaqədar əhalimizin bir hissəsi çətin, ağır maddi şəraitdə yaşayır. Biz bunu bilirik. Bu, şəxsən məni rahat qoymur, məni incidir. Ancaq xalqımız əmin olmalıdır ki, bütün bu çətinlikləri aradan götürmək, əhalimizin bütün təbəqələrinin rifahını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik və mən bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm. Əmin ola bilərsiniz ki, bunlara nail olmaq üçün bizim imkanlarımız var və 1996-cı ildə bu imkanları hərəkətə gətirmək üçün biz lazımi tədbirlər görəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov