Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin mayı

Bakı, 20 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 may. Azərbaycan Prezidenti Heydər Əliyev Nazirlər Kabinetinin geniş iclasını keçirdi.

5 may. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 50 illiyinə həsr olunmuş tədbirdə çıxış etdi.

6-9 may. Faşizm üzərində Qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Londonda, Parisdə və Moskvada səfərdə oldu.

10 may. Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

12 may. Qarabağ münaqişəsində əsir və girov götürülənlərin dəyişdirilməsi ilə əlaqədar müşavirə keçirdi.

14 may. “Gülüstan” sarayında görkəmli yazıçısı Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söylədi.

16 may. Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirədə çıxış etdi.

19 may. Respublikada iqtisadi problemlərin həlli ilə bağlı müşavirə keçirdi.

20 may. Zəvvarların Həcc ziyarətindən qayıtması münasibətilə keçirilən mərasimdə çıxış etdi.

21 may. Dərbənddə yaşayan azərbaycanlıların bir qrupunu qəbul etdi.

Görkəmli rəssam Tahir Salahovla görüşdü.

23 may. 2-ci Beynəlxalq “Xəzərneftqaz-95” sərgi konfransının açılışında nitq söylədi.

24 may. Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə özəlləşdirmə proqramının layihəsi müzakirə edilərək Milli Məslisə təqdim olundu.

26 may. MDB Ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minsk şəhərində səfərdə oldu.

27 may. Binə hava limanında beynəlxalq səviyyəli ilk uçuş-enmə zolağının açılışında iştirak etdi.

28 may. Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda nitq söylədi.

X X X

Heydər Əliyev dövlət müstəqilliyini xalqımızın milli sərvəti, ən böyük tarixi nailiyyətimiz adlandırırdı. Ulu Öndərin prezident kimi fəaliyyətinin ana xəttini müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun bu mövzudakı bütün çıxışlarında belə bir inam ifadə olunurdu ki, xalqımız müstəqil Azərbaycanı yaşadacaq və daim irəli aparacaq. Mayın 14-də görkəmli Azərbaycan yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illik yubiley tədbirindəki çıxışı da bu baxımdan səciyyəvidir.

Sitat: “İndi biz müstəqil bir dövlətik. Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir. Əminəm ki, biz müstəqil Azərbaycan dövlətini yaşadacağıq, irəliyə aparacağıq. Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət, cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən-nəsillərə verəcəkdir. Ona görə də biz Azərbaycan dilinin inkişafına xüsusi fikir veririk. O vaxtlar da xüsusi fikir verilirdi. Əgər elə olmasaydı, Azərbaycan dilində belə zəngin ədəbiyyatımız yaranmazdı”.

Ulu Öndər Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqində müstəqillik yolunun çətinliklərindən danışdı, tariximizə hörmət və ehtiramla yanaşmağın vacibliyini vurğuladı. Eyni zamanda, qarşıda dövlətçiliyi möhkəmləndirmək, demokratik dövlət qurmaq, insan hüquqlarını qorumaq, asudə yaşayışı təmin etmək kimi təxirəsalınmaz vəzifələr durduğunu diqqətə çatdırdı. Ümummilli Lider hesab edirdi ki, bu yol islahatlardan keçir və 1995-ci il bu baxımdan həlledici il olacaq.

Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi din sahəsindəki pərakəndəlik bu sahədə həssas və məqsədyönlü siyasət həyata keçirilməsi zərurəti yaradırdı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkədə etiqad azadlığı üçün şərait yaradılır, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilirdi. Eyni zamanda, dövlət-din münasibətlərinin nizamlanması istiqamətində real addımlar atılırdı.

Həcc ziyarətindən qayıdan zəvvarlarla mayın 20-də keçirilən görüşdə nitq söyləyən Heydər Əliyev Azərbaycandakı bütün müsəlmanlara müraciət edərək onları əxlaqi normalara, adət-ənənələrə riayət və hörmət etməyə çağıraraq dedi. “Güman edirəm ki, biz ilbəil öz mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qayıdaraq, hər yerdə milli, dini ənənələrimizi bərqərar edərək ölkəmizdə, cəmiyyətimizdə buna nail ola biləcəyik. Əminəm ki, din xadimləri də, möminlər də, o cümlədən Həcc ziyarəti edən şəxslər də bu məsələlərdə fəal iştirakçı olacaq, xalqımızın mənəvi cəhətdən saflaşmasına, yüksəlməsinə, mətinləşməsinə öz səylərini göstərəcəklər”.

Ulu Öndər əmin olduğunu bildirdi ki, din xadimlərimiz Azərbaycanın müstəqilliyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına, hüquqi dövlət qurulmasına, ölkəmizdə vətəndaş həmrəyliyinin, milli həmrəyliyin və birliyin bərqərar olunmasına xidmət edəcəklər, din xadimlərimiz cəmiyyətimizi mənfi hallardan təmizləmək üçün bizim mübarizəmizin ön sıralarında gedəcək, bizimlə birlikdə olacaqlar.

Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasətin nəticəsidir ki, Azərbaycan bu sahədə də bütün dünyada nümunə göstərilir. Ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanılır, bütün dinlərə mənsub insanlar bir ailənin üzvləri kimi yaşayırlar.

X X X

Heydər Əliyevin 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqindən

• Azərbaycanın dövlət müstəqilliyi dövrü ağır, çətin bir dövrdür. Bunun səbəbləri məlumdur: bir tərəfdən Azərbaycana qarşı Ermənistanın yeddi il davam edən təcavüzü, ikinci tərəfdən ölkədə gedən ictimai-siyasi proseslər, iqtisadiyyatda, sosial həyatda, dövlət quruculuğunda zəruri olan dəyişikliklər. Bütün bunlar keçmiş Sovetlər İttifaqına daxil olmuş, indi müstəqil dövlət kimi yaşayan respublikaların hamısında çətin bir böhran dövrü yaratmışdır. Biz bu dövrü yaşayırıq, bu dövrü keçirik və keçməliyik. Əgər bu dövrü keçməsək, istədiyimizə nail ola, müstəqil dövlət kimi daim yaşaya bilməyəcəyik.

• Biz XX əsrin son illərini yaşayırıq. Əsrin əvvəlinə nəzər salsaq, o vaxtdan başlayan proseslər, milli azadlığa, müstəqilliyə yönəldilmiş proseslər ancaq və ancaq XX əsrin sonunda müəyyən qədər məqsədə yetmək səviyyəsinə gəlib çatmışdır. Görürsünüz, bunlar asan deyil, ağır, çətin proseslərdir. Ona görə də tariximizə hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycanda müstəqil dövlətçilik əldə olunana qədər keçilən tarixi yol şərəfli, böyük yoldur. Şübhəsiz, bu yolun qara səhifələri, repressiya dövrü, insan azadlıqlarının məhdudlaşdırılması, bu azadlıqların insanların əlindən alınması, adamların böyük əzab-əziyyətlərə salınması dövrü də var. Bunlar da unudula bilməz. Biz bunları da yadda saxlamalıyıq ki, həyatımızda bir də təkrar olunmasın.

• O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək.

• Dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox başqa mühüm vəzifələr də durur. Bunlarla da məşğul oluruq. Ümumiyyətlə götürsək, bu vəzifələr dövlətçiliyi möhkəmləndirmək üçün islahatlar keçirməkdən, iqtisadi, siyasi-ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda həqiqi demokratik dövlət qurmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunmasını, adamların azad-asudə yaşamasını təmin etməkdən ibarətdir. Bu sahədə böyük işlər görülür və belə hesab edirəm ki, 1995-ci il bu vəzifələrin həyata keçirilməsi sahəsində çox həlledici il olacaqdır. Bunların çoxu bu il həll ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır