Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin apreli

Bakı, 13 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 aprel - Prezident Heydər Əliyev Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkünlə görüşdü.

2 aprel - İlin yekunlarına həsr olunmuş müşavirədə nitq söylədi.

5-6 aprel - 1994-cü il oktyabr, 1995-ci il mart hadisələrinə və ölkədə ictimai-siyasi vəziyyətə həsr olunmuş tədbirdə çıxış etdi.

9-11 aprel - Pakistanda rəsmi səfərdə oldu.

12 aprel - Gürcüstan parlamentinin sədrini və ABŞ Konqresinin üzvünü ayrı-ayrılıqda qəbul etdi.

14 aprel - Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının baş naziri Məsud Yılmazla görüşdü. Onunla birgə Şəhidlər xiyabanını ziyarət etdi.

15 aprel - Türkiyə Respublikasının baş naziri Məsud Yılmazla birgə Bakının Sabunçu rayonunda müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşdü.

17 aprel - Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq sazişi layihəsinin müzakirəsinə həsr olunmuş iclasda çıxış etdi.

21-26 aprel - Qərbi Avropa ölkələrində - Lüksemburq, Belçika və Norveçdə səfərdə oldu. Səfər çərçivəsində Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiyanın xarici işlər nazirləri, Gürcüstan Prezidenti, Avropa İttifaqının prezidenti, ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri və NATO-nun Baş katibi ilə görüşlər keçirdi. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxış etdi.

28 aprel - Qurban bayramı münasibətilə Pirşağıdakı sanatoriyada məskunlaşan məcburi köçkünlərlə görüşdü.

X X X

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin təbii ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına xüsusi önəm verir, aqrar sahədə vəziyyəti təhlil edərək, təsirli tədbirlər müəyyənləşdirirdi. Nəticədə torpaqdan təsərrüfatçılıqla istifadə etməyin forma və metodları geniş tətbiq olunurdu. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən əhalinin ərzaqla, sənayenin müvafiq sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində islahatların sürətləndirilməsini ön plana çəkirdi.

Bu baxımdan, Heydər Əliyevin 1996-cı il aprelin 2-də 1995-ci il kənd təsərrüfatı ilinin yekunları və 1996-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı keçirilən müşavirədə söylədiyi fikirlər, verdiyi tövsiyələr diqqət çəkir. Müşavirədəki çıxışında iqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatının problemlərindən danışan Ulu Öndər, eyni zamanda, qarşıya mühüm vəzifələr qoydu. Qeyd etdi ki, Azərbaycan nəinki özünü zəruri ərzaq məhsulları ilə təmin edə bilər, hətta onları xarici bazara da çıxarar.

Sitat: “Biz elə bir ölkəyik ki, əgər öz təbiətimizdən, iqlimimizdən səmərəli istifadə etsək, özümüzü bütün ərzaq məhsulları ilə təmin edə bilərik və bir çox kənd təsərrüfatı məhsullarını, - həm ərzaq məhsullarını, həm də texniki bitki məhsullarını, yəni pambığı, tütünü, çayı hətta ixrac edə bilərik. Bizim belə böyük imkanımız var. Ona görə də bu baxımdan bu keyfiyyətlərə görə Qafqazda Azərbaycana bərabər olan ölkə yoxdur, Azərbaycana bərabər olan bir respublika yoxdur”.

Azərbaycanı dəfələrlə çətin imtahanlardan çıxaran Heydər Əliyev xalqın həmrəyliyinə və dəstəyinə arxalanırdı. Məhz bu həmrəylik və dəstək sayəsində 1994-cü və 1995-ci illərdə dövlət çevrilişləri cəhdlərinin qarşısı alınmış, respublikada ictimai-siyasi sabitlik bərpa olunmuşdu. 1996-cı ilin aprelində keçirilən müşavirədə 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və ölkədə ictimai-siyasi vəziyyət geniş müzakirə edildi. Ulu Öndər tədbirdəki nitqində həmin hadisələrin səbəbləri və sabitliyi daha da möhkəmləndirməyin yolları barədə danışdı. Bildirdi ki, bütün ağır vəziyyətlərdən yeganə çıxış yolu ancaq birliyimizdir.

Sitat:“1988-ci ildən Ermənistan tərəfindən başlanmış təcavüz və bununla əlaqədar Azərbaycanın daxilində yaranmış gərgin, mürəkkəb və çox ziddiyyətli vəziyyət bir yandan xarici qüvvələrin Azərbaycanı dağıtmaq meyillərinin nəticəsi olmuşdusa, digər tərəfdən həm xaricdə, həm də daxildə xalqımıza, millətimizə düşmən olan qüvvələrin təxribatçı əməllərinin, işlərinin nəticəsi olmuşdur...

Azərbaycanın başına gəlmiş ağır bəlalardan müvəffəqiyyətlə çıxmağımızın əsas səbəbi odur ki, xalq ilə dövlətin tam həmrəyliyi əldə olunubdur”.

Yenicə müstəqillik qazanmış ölkə üçün beynəlxalq arenada tanınmaq, dünya dövlətləri ilə əlaqələr qurmaq xüsusi önəm kəsb edirdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan dərhal sonra bu istiqamətdə aramsız səylər göstərirdi. Onun xarici siyasət kursunda Avropa dövlətləri ilə münasibətlər mühüm istiqamət təşkil edirdi. Qısa müddət ərzində Böyük Britaniya, Almaniya, İtaliya kimi nüfuzlu ölkələrlə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin qurulması Ümummilli Liderin  müdrik siyasətinin nəticəsi idi. Bu düşünülmüş xarici siyasi kurs Azərbaycanın Avropa ilə inteqrasiyasına yol açır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə kömək edirdi.

Heydər Əliyevin 1996-cı ilin aprelində Qərbi Avropa ölkələrinə səfəri bu baxımdan səciyyəvidir. Ulu Öndər səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində, Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısında iştirak etdi. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiyanın xarici işlər nazirləri ilə təkbətək görüşərək, danışıqlar apardı. Keçirdiyi bütün görüşlərdə, çıxışlarında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını möhkəmləndirməyin əhəmiyyətdən danışmaqla yanaşı, auditoriyanı Ermənistanın torpaqlarımıza təcavüzünün ağır nəticələri barədə məlumatlandırdı. Ümid etdiyini bildirdi ki, Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan problemlərin həllində daha fəal iştirak edəcək və bu, regionda sülh və sabitliyin bərpa olunmasına öz təsirini göstərəcək.

1996-cı ilin aprelində Heydər Əliyev Brüsseldə NATO-nun baş qərargahını ziyarət etməsi, Şimali Atlantika Alyansının Baş katibi Xavyer Solana ilə görüşməsi Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrində yeni səhifə açdı. Görüşdə 1994-cü ildə imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramının əhəmiyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həllində NATO-nun rolu vurğulandı.

“Mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər” - Heydər Əliyev bu fikirləri 1996-cı il aprelin 1-də Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşündə səsləndirmişdi. Ulu Öndərin böyük inam və uzaqgörənliklə dediyi həmin vaxt 24 ildən sonra yetişdi. Azərbaycan gücləndi, güclü ordu yaratdı. 2020-ci ilin sentyabrında Vətən müharibəsinə başlayan xalqımız 30 illik işğala 44 gündə son qoyaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə möhtəşəm qələbə qazandı. Hazırda isə azad olunmuş torpaqlarda Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində ilk inamlı addımlar atılır.

X X X

Heydər Əliyevin Kəlbəcər sakinlərinin bir qrupu ilə görüşündəki nitqindən

*1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüzə başlayarkən xalqımız gərək yumruq kimi birləşəydi. Bütün daxili ixtilafları, çəkişmələri, cürbəcür narazılıqları bir kənara qoyaraq yumruq kimi birləşib gərək torpağı qoruyaydı. Amma əslində nə oldu? Əslində, bu fürsətdən, şəraitdən hərə özü üçün istifadə etməyə çalışdı.

*Bizim millətimiz aciz millət deyil, xalqımız aciz xalq deyil. Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətənini qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edib. Ancaq bu dəfə, təəssüflər olsun ki, bu keyfiyyətləri nümayiş etdirmək mümkün olmayıb. Ona görə yox ki, xalqımızda bu keyfiyyətlər yoxdur. Ona görə ki, əgər lap qədim keçmişlərdən desək, hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şeyi həll edirlər.

*Bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət dərsi götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları, quldurları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib