Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin dekabrı

Bakı, 11 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 dekabr. Prezident Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşü çərçivəsində Minskdə Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdü.

5 dekabr. Ümumdünya Gömrük Təşkilatı siyasi komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarını qəbul etdi.

8 dekabr. Dövlət İncəsənət Muzeyində “Azərbaycanda məcburi köçkünlər: avtoportret” fotosərgisinin açılışı mərasimində iştirak etdi.

10 dekabr. Teleteatrda Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar yenilik arzulayır və tələb edir” devizi ilə keçirilən şənlikdə nitq söylədi.

15 dekabr. Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak etdi.

19 dekabr. “Şimal” DRES-də yeni enerji blokunun təməlinin qoyulması mərasimində nitq söylədi.

Şüvəlanda Mirmövsüm Ağanın məzarını ziyarət etdi.

22 dekabr. Mərkəzi Klinik Xəstəxananın açılış mərasimində nitq söylədi.

27 dekabr. Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı diplomatları ilə görüşdü.

29 dekabr. Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət etdi.

30 dekabr. Valideyn himayəsindən məhrum olmuş uşaqların Yeni il şənliyində iştirak etdi.

Prezident Sarayında “Bakılı oğlanlar” komandasının üzvləri ilə görüşdü.

31 dekabr. Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etdi.

X X X

2000-ci il dekabrın 8-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Azərbaycanda məcburi köçkünlər: avtoportret” fotosərgisi açıldı. Sərgi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılmış vətəndaşlarımızın çadırlarda yaşadıqları ağır vəziyyəti, onların gündəlik həyatını əks etdirirdi. Tədbirdəki çıxışında bu barədə danışan Heydər Əliyev bildirdi ki, burada nümayiş olunan fotoşəkillərin müəllifləri çadırlarda yaşayan insanlar, xüsusən də uşaqlardır. Bu fotoşəkillər Azərbaycandakı qaçqınların vəziyyəti haqqında müəyyən təsəvvür yaradır. Ancaq real vəziyyətin bundan qat-qat ağır olduğunu deyən Ulu Öndər belə tədbirlərin genişləndirilməsinin və Azərbaycanda faciəli həyat sürən soydaşlarımızın real vəziyyətinin bütün dünyaya çatdırılmasının əhəmiyyətini vurğuladı.

Sitat: “Mən bu sərgiyə baxarkən, o fotoşəkilləri görərkən bizim ağır vəziyyətdə yaşayan soydaşlarımızın indiki real vəziyyətini gözlərim önünə gətirirəm. Yəni istər-istəməz bu mənzərə gözlərim qarşısında canlanır. Onların dözümlüyü, iradəsi qarşısında bu gün bir daha baş əyirəm. Belə ağır vəziyyətdə yaşayan bütün soydaşlarımıza - bacılarımıza, qardaşlarımıza, uşaqlarımıza təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını əmin edirəm ki, onların bu faciəli həyatı bir çox illər davam etsə də, nəhayət, bunun sonu vardır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız mütləq azad olunacaq, indi ağır vəziyyətdə yaşayan, çadırlarda həyat sürən insanlar öz yerlərinə-yurdlarına qayıdacaq, yeni evlər, məktəblər, xəstəxanalar, kitabxanalar və iş yerləri yaranacaqdır. Onlar gələcək həyatlarını daha da xoşbəxt yaşayacaqlar”.

Ulu Öndər Azərbaycanda siyasi rəhbərlikdə olduğu hər iki dövrdə elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Bunun nəticəsi olaraq respublikamızda müxtəlif sahələr üzrə yüksəkixtisaslı milli kadr potensialı yaranmışdı. Dekabrın 15-də Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edən Heydər Əliyev XX əsrdə keçdiyimiz tarixi yoldan danışaraq qeyd etdi ki, ali təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafı ölkəmizi yüksək səviyyələrə çatdırıb. İndi Azərbaycan müstəqil dövlət olaraq, dünya birliyində özünə layiq yer tutub.

Ümummilli Lider çıxışında xalqımızın kütləvi surətdə təhsil almasını, ali təhsil sisteminin, bütün sahələrdə milli kadrların, milli mütəxəssislərin yaranmasını XX əsrdə Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirdi. Həmçinin müasir dövrdə qarşıda duran ümdə vəzifələri diqqətə çatdıraraq dedi: “İndi bizim neftçilərin qarşısında, Neft Akademiyasının qarşısında duran vəzifələr Azərbaycana gəlmiş müxtəlif şirkətlərlə sıx əməkdaşlıq edərək, dünya təcrübəsini daha da mənimsəməkdən və dünya təcrübəsini bu gün burada təhsil alan tələbələrə çatdırmaqdan, onları bu sahədə bilikləndirməkdən ibarətdir. Eyni zamanda Neft Akademiyası və neft sahəsində çalışan elmi-tədqiqat institutlarımız, Elmlər Akademiyası gərək, bu şirkətlərlə sıx əməkdaşlıq etsinlər, Azərbaycan dünya təcrübəsini - həm elmi, həm də elmi-texniki tərəqqini, təcrübəni qavrasın, gələcəkdə bu işlərin əksəriyyətini özü görə bilsin. Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrdə ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait əldə edib, müasir texnikanı, texnologiyanı mənimsəyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik. Ancaq bunun üçün bax, bu keçid dövrü lazımdır. Sevindirici hal odur ki, indi dünyanın qabaqcıl neft şirkətlərinin burada gördüyü işlərin əksəriyyətini milli kadrlar aparır”.

Gərgin iş qrafikinə baxmayaraq, Heydər Əliyev ölkəmizin gələcəyi olan uşaqları yaddan çıxarmır, onlarla vaxtaşırı görüşürdü. Belə görüşlərdən biri də 2000-ci il dekabrın 10-da oldu.

Dekabrın 30-da isə Ulu Öndər valideyn himayəsindən məhrum olmuş uşaqların Yeni il şənliyində iştirak etdi və çıxışında vurğuladı ki, Azərbaycan uşaqları XX əsrdə bizim gördüyümüz bəlaları, faciələri, məhrumiyyətləri görməyəcək, azad vətənlərində xoşbəxt yaşayacaqlar.

Sitat: “Biz bu azadlığımızın, istiqlaliyyətimizin 10-cu ildönümünü yaşayırıq. Bu illər Azərbaycan xalqı üçün ağır, çətin, ancaq eyni zamanda, ən xoşbəxt illər olubdur. Bu günədək biz nə qədər çətinliklərə, nə qədər məhrumiyyətlərə düçar olsaq da, əldə etdiyimiz dövlət müstəqilliyimiz, milli azadlığımız hər şeydən üstündür. Bu bizim üçün, yaşlı nəsillər üçün əldə etdiyimiz üstünlükdür, ancaq sizin üçün, uşaqlar üçün, Azərbaycanın gəncləri üçün bunun daha da çox əhəmiyyəti var. Mən ümid edirəm, inanıram ki, XX əsrdə bizim gördüyümüz bəlaları, faciələri, məhrumiyyətləri siz görməyəcəksiniz. Siz öz azad vətəninizdə, müstəqil dövlətinizdə daha da firavan, xoşbəxt yaşayacaqsınız və öz istedadınızı xalqın, vətənin, millətin inkişafına sərf edəcəksiniz”.

2000-ci il dekabrın sonlarında tarixin xüsusi bir anı - əsrlərin və minilliklərin qovuşduğu anlar yaşanırdı. Bu münasibətlə dekabrın 29-da xalqa müraciət edən Ulu Öndər Azərbaycanın iki minillik dövrünü, o cümlədən müstəqillik illərində keçdiyi yolu ətraflı təhlil etdi, öz fikir və düşüncələrini paylaşdı. Həmin tarixi müraciətdən bu günümüz üçün də aktuallıq kəsb edən bəzi məqamlara nəzər salmaq yerinə düşər.

X X X

Heydər Əliyevin Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən

• Bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsr başa çatır, onunla birlikdə tarixin iki minillik dövrünə yekun vurulur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır. Hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da sözsüz ki, belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur. İki əsrin şahidi olmaq səadəti hər insana nəsib olmur. Bu, bizim payımıza düşübdür.

• Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir. Azərbaycan Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün səylər göstərir. Dünyanın bir çox dövlətlərinin hərtərəfli inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti var. Bunlar səmərəli beynəlxalq əməkdaşlığa təkan verəcək və qlobal inkişafa müsbət təsir göstərəcəkdir.

• XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Azərbaycan öz milli neft strategiyası və konsepsiyasını həyata keçirməyə başlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir.

• Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun.

• Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər. Tale elə gətirib ki, bu gün Azərbaycanın bir milyondan çox sakini öz yurdundan zor gücünə çıxarılıb, onların bir çoxu çadırlarda, heç bir şəraiti olmayan binalarda yerləşdirilibdir. Bu gün mən böyük həyəcan hissi ilə onların hər birini yada salır, tezliklə doğma yurdlarına dönmək arzularına şərik çıxır və inanıram ki, çətinliklərə mətanətlə sinə gərən qardaş və bacılarımın ata ocağına dönəcəkləri gün uzaqda deyildir.

• Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Ona görə də mən üzümüzə gələn 2001-ci ili ümid, inam ili adlandırardım. Çünki inanıram ki, xalqımız həmişə olduğu kimi, 2001-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır