Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin iyulu

Bakı, 20 iyun, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 iyul. Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul etdi.

3-6 iyul. Avstriyada rəsmi səfərdə oldu.

8 iyul. Dünya Bankının Azərbaycan, Gürcüstan və Ermənistan üzrə direktoru Cudi O'konnoru qəbul etdi.

11 iyul. Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər ilə görüşdü.

12 iyul. Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə birlikdə Səttarxan adına Neft Maşınqayırma Zavodunun inzibati binasında müvəqqəti məskunlaşmış qaçqınlarla görüşdü.

22 iyul. Azərbaycanda Milli Mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşü oldu.

25 iyul. Prezident sarayında Yaponiya Milli Neft Korporasiyasının prezidenti Yoşiro Kamatanı qəbul etdi.

X X X

Avstriya-Azərbaycan arasında siyasi münasibətlərin qurulmasına 1992-ci ildən başlanmışdı. Avstriya 1992-ci il yanvarın 15-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etdi. İkitərəfli münasibətlərdə ən məhsuldar dövr isə 2000-ci ildən başladı. Heydər Əliyevin Avstriyaya ilk rəsmi səfəri 2000-ci il iyulun 3-6-da baş tutdu. Səfər bir sıra mühüm görüşlərlə yadda qaldı. Belə ki, Ulu Öndər səfər çərçivəsində Avstriyanın federal prezidenti Tomas Klestil, xarici işlər naziri Benita Ferrero-Valdner, Vyana şəhərinin meri Mixael Hauplem, Avstriya parlamentinin sədri Haynts Fişer, Federal kansler Volfqanq Şüssel və digər rəsmi şəxslərlə görüşdü. Avstriya Respublikasının İqtisadiyyat Palatasında bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə danışıqlar apardı. Eyni zamanda, Avstriya prezidenti Tomas Klestil ilə birgə mətbuat konfransı keçirdi və hökumətlərarası sənədlərin imzalanması mərasimində iştirak etdi.

Ümummilli Lider səfər çərçivəsində Vyanada və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların bir qrupu ilə görüşdü, Avstriyanın bir sıra nüfuzlu qəzetlərinin və agentliklərinin jurnalistlərinə müsahibə verdi.

Avstriya İqtisadiyyat Palatasında ölkənin Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşündə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri haqqında danışdı. Azərbaycanın hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Ulu Öndər qeyd etdi ki, bu münaqişə 1988-ci ildə, Sovet hakimiyyəti dövründə başlayıb. O vaxt Sovetlər İttifaqı güclü dövlət idi və istənilən münaqişəni aradan qaldıra bilərdi. Ancaq təəssüflər olsun ki, 1988-ci ildə Sovetlər İttifaqının rəhbərliyi, hökuməti və şəxsən Mixail Qorbaçov bu məsələdə düzgün mövqe tutmadı. 1990-cı ildə Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini tamamilə işğal etdi, orada yaşayan azərbaycanlıların hamısı məcburi köçkünə çevrildi.

İşğalın bu və digər fəsadları barədə auditoriyanı məlumatlandıran Azərbaycan Prezidenti münaqişənin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin daha ciddi səylərinə ehtiyac olduğunu vurğuladı.

Ölkəmizdə həyata keçirilən özəlləşdirmə proqramı barədə də məlumat verən Heydər Əliyev xarici şirkətləri Azərbaycana investisiya qoymağa çağırdı və bu məqsədlə lazımi qərarların qəbul olunduğunu bildirdi.

Sitat: “Azərbaycanın zəngin neft və qaz yataqlarında biz dünya birliyinin, yəni dünyanın böyük şirkətlərinin iştirakı ilə böyük işlər görmüşük və bu işlərin də yaxşı gələcəyi vardır. Ancaq Azərbaycanın başqa sektorlarına da indi xarici investisiyalar gəlir və maraq göstərilir. İndi Azərbaycanın özəlləşdirmə proqramının ikinci mərhələsi həyata keçirilməyə başlanır. Böyük sənaye müəssisələri də özəlləşdiriləcəkdir. Biz arzu edirik və qəbul etdiyimiz qanunda da bu, öz əksini tapıbdır ki, hər bir xarici vətəndaş, xarici şirkət gəlib Azərbaycanda özəlləşdirmədə iştirak edə bilər və lazımi sərmayə qoyub iş görə bilərlər. Xarici sərmayənin Azərbaycana gəlməsi üçün biz bir çox qanunlar qəbul etmişik və o qanunlar xarici sərmayəçilərin Azərbaycana gəlib, sərmayə qoyub fayda götürməsinə imkan yaradır”.

Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Milli mətbuatımızın yaranmasının ildönümlərinin geniş qeyd olunması ənənəsinin əsası da məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Məhz onun siyasi iradəsi sayəsində plüralizmi, şəffaflığı, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Təsadüfi deyildi ki, Heydər Əliyev mətbuatın dostu adlandırılırdı.

Ulu Öndər jurnalistlərlə mütəmadi görüşlər keçirirdi. Belə görüşlərin biri də 2000-ci il iyulun 22-də - Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illik yubiley günündə oldu. Prezident Heydər Əliyev milli mətbuatımızın keçdiyi inkişaf yolundan bəhs etdi, bu işdə əməyi keçən insanların xidmətlərini və fədakarlıqlarını minnətdarlıq duyğuları ilə xatırlatdı: “Azərbaycan xalqı müsəlman Şərqində, İslam dini mövcud olan bir ölkədə hələ 125 il bundan öncə demokratik qəzet yaratmağa qadir olubdur. Fəxr edirik ki, bizim dünyəvi teatrın 130 illik tarixi vardır. Fəxr edirik və bu, bölgədəki bütün xalqlardan bizi fərqləndirir. O mənada ki, bizdə demokratik, dünyəvi ideyalar bu günün, dünənin hadisəsi deyil. 125 il bundan öncə Həsən bəy Zərdabi, onunla bərabər Mirzə Fətəli Axundov və başqaları toplaşıb - təbiidir ki, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin yaradıcısıdır - belə bir təşəbbüslə çıxış ediblər. Gərək indi biz düşünək ki, o vaxt bu, asan yox, həddindən artıq çətin bir iş idi. Əgər 125 il bundan öncə bu, baş veribsə və biz “Əkinçi” qəzetini 125 ildir xatırlayırıqsa, indi görün bu insanlar nə qədər böyük vətənpərvər, millətinin inkişafını istəyən və nə qədər cəsarətli insanlar olublar. Çünki o şəraitdə belə bir qəzeti Azərbaycan dilində yaratmaq çox böyük risklərlə bağlı idi. Amma onlar bu riskləri ediblər”.

Ümummilli Liderin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı illər boyudur dillər əzbərinə çevrilib. Hələ 23 il əvvəl Heydər Əliyev böyük inamla, uzaqgörənliklə deyirdi ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. 2000-ci il iyulun 11-də Ulu Öndər Bakıya səfər etmiş Türkiyə Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqində xalqlarımız arasında əlaqələrin qədim tarixindən danışdı, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyənin Azərbaycanla bir yerdə olduğunu minnətdarlıqla vurğuladı. Eyni zamanda, yeni seçilmiş prezidentin xarici ölkəyə ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirdi.

Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən

• Türkiyə Cümhuriyyətinin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrində, ölkəmizin həyatında əlamətdar hadisədir. Yeni seçilmiş prezident xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Bu, Türkiyə Cümhuriyyətinin və onun prezidentinin Azərbaycana böyük önəm verdiyini nümayiş etdirir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası üçün nə qədər əziz olduğunu nümayiş etdirir.

• Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. Çünki bu əlaqələr dərin köklərə bağlıdır. Xalqlarımızın əlaqələrinin qədim tarixi vardır. Biz eyni kökə, dilə, dinə, adət-ənənələrə malik olan xalqlarıq. Biz öz tarixi keçmişimizlə daim fəxr etmişik və fəxr edirik. Eyni zamanda, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonrakı dövr Türkiyə-Azərbaycan əlaqələrində xüsusi yer tutur və böyük əhəmiyyətə malikdir.

•Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi Azərbaycanın dövlət müstəqilliyini dünya ölkələri sırasında ilk tanıyan ölkə Türkiyə oldu. Həmin dövrdə biz hələ dünyanın bir çox ölkələri ilə əlaqələr qurmağa çalışırdıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan kimi, ölkələrimiz arasındakı sərhədlər, qapılar dərhal açıldı, əlaqələr quruldu, qohumlar, dostlar bir-biri ilə görüşdü, insanlar uzun illərdən bəri çəkdikləri həsrətdən qurtuldular. Beləliklə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyədək ölkəmizin ən yaxın dostu, Azərbaycanla ən yaxın əməkdaşlıq edən dövlət Türkiyə Cümhuriyyətidir. Azərbaycan da öz xarici siyasətində Türkiyə Cümhuriyyəti ilə dostluğa, əməkdaşlığa, qardaşlığa xüsusi əhəmiyyət verir.

• Mən bu gün böyük məmnuniyyət, minnətdarlıq hissi ilə demək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Azərbaycanla bir yerdə olubdur, ölkəmizi dəstəkləyibdir, müdafiə edibdir. Türkiyə Ermənistanı təcavüzkar bir ölkə kimi dünyada pisləyibdir. Bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi müzakirə edilərkən Türkiyə həmin müzakirələrdə fəal iştirak edibdir. Bu münaqişənin həll olunması, Azərbaycana qarşı təcavüzün aradan götürülməsi üçün Türkiyə əlindən gələni edibdir.

Qeyd edək ki, son illər baş verən hadisələr iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm və sarsılmaz olduğunu bir daha bariz şəkildə təsdiqləyir. Azərbaycan-Türkiyə əlaqələri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın böyük səyləri ilə siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz və xalqlarımız sevincli günlərdə də, kədərli günlərdə də bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən yüksək dəyərləndirilir. Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan oldu. Şuşa bəyannaməsi ilə ölkələrimiz arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Bu ilin mayında yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini məhz Azərbaycana etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Əfv sərəncamının icrasına başlanılıb

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir VİDEO

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir VİDEO

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub