Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin iyunu

Bakı, 1 avqust, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 iyun. Prezident Heydər Əliyev Minskdə MDB dövlət başçılarının iclasında iştirak etdi.

5 iyun. VIII Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin və konfransının açılışında nitq söylədi.

6-7 iyun. GUÖAM təşkilatlarının üzvü olan ölkələrin dövlət başçılarının Yaltada keçirilən Zirvə görüşündə iştirak etdi, Yalta xartiyasını imzaladı.

10 iyun. “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun konsertində oldu.

20 iyun. Bakı Ali Birləşmiş Komandirlər məktəbində görüş keçirdi.

21 iyun. ATƏT-in Baş katibi Yan Kubisi qəbul etdi.

22 iyun. BP şirkətinin prezidenti Con Braun ilə görüşdü.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və BP şirkətinin Bakıdakı ofisində üçölçülü vizualizasiya zalının açılış mərasimində iştirak etdi.

25 iyun. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxış etdi.

30 iyun. Bakının Mehdiabad qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 50 mənzilli binanın istifadəyə verilməsi mərasimində nitq söylədi.

X X X

2001-ci ilin iyun ayında Bakıda VIII Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi və konfransı keçirildi. İyunun 5-də sərgi və konfransın açılış mərasimində çıxış edən Prezident Heydər Əliyev bu tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, sərgi dünyanın neft və qaz sənayesi ilə məşğul olan şirkətlərin təcrübə mübadiləsini təmin edir, konfransda aparılan müzakirələr çox faydalı olur.

Azərbaycanda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirilməsinin təsadüfi olmadığını söyləyən Ulu Öndər bununla bağlı iki məsələyə diqqət çəkdi: “Birincisi, artıq Xəzər hövzəsi özünü böyük neft və qaz ehtiyatlarına malik olan bir bölgə kimi dünyada tanıdıbdır. İkincisi, bu işin başlanğıcını Azərbaycan qoyubdur və təsadüfi deyil ki, bu sərgi də Azərbaycanda başlayıbdır, səkkizinci dəfədir keçirilir və bundan sonra da keçiriləcəkdir”.

Məsələnin ikinci tərəfinə - hasil olan neftin və qazın ixracı məsələsinə toxunan Ulu Öndər Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin yaratdığı imkanlardan, yeni kəmər çəkilməsinin vacibliyindən danışaraq dedi: “Ancaq bunlar ilkin neft üçündür. Böyük nefti bu kəmərlər buraxa bilməzlər. Ona görə biz hələ 1994-cü ildə müqaviləni imzalayanda Bakı-Ceyhan, - indi isə biz ona Bakı-Tbilisi-Ceyhan adı vermişik, - neft kəmərinin tikilməsinin zəruri olduğunu həmin o müqavilədə yazmışıq”.

Neft strategiyası çərçivəsində görülmüş işlərdən söz açan Ümummilli Lider konkret faktları diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycana ardıcıl surətdə təkliflər gəldi. Ötən dövrdə 14 ölkənin neft şirkətləri ilə 21 müqavilə imzalandı. Təxminən 60 milyard dollara qədər ümumi sərmayə qoyulacaq.

Bu fikirlərin səsləndiyi vaxtdan 22 il keçir. Ulu Öndərin qeyd etdiyi kimi, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davamlı xarakter alıb. Prezident İlham Əliyev ənənəvi olaraq bu sərgilərin açılış mərasimində iştirak edir və nitq söyləyir. Sərgiyə aparıcı ölkələrin dövlət və hökumət başçılarının təbrikləri ünvanlanır.

Milli hərbçi kadrların yetişdirilməsini daim diqqətdə saxlayan Heydər Əliyev hərbi məktəblərə gedir, tədris prosesi ilə tanış olur, müdavimlərlə görüşür, onlara dəyərli tövsiyələrini verirdi. Belə görüşlərdən biri də 2001-ci il iyunun 20-də Bakı Ali Birləşmiş Komandirlər Məktəbində oldu. Ulu Öndərin orada söylədiyi fikirlər bu günümüz üçün də aktualdır.

Sitat: Özünü hərbi peşəyə həsr edən hər bir gənc anlamalıdır: bu peşəyə özünü nə üçün həsr edir? Çünki hərbi peşə başqa peşələrə nisbətən asan deyil, çətindir. Nə üçün həsr edir? Demək, vətəni qorumaq üçün, öz dövlətini, öz millətini qorumaq üçün! Hesab edirəm ki, hərbi təhsil alıb orduda xidmət etmək istəyən gəncin əsas məqsədi budur. Əgər siz hamınız həqiqətən bu məqsədi nəzərə alaraq özünüzü hərbi peşəyə həsr etmək istəyirsinizsə və hərbi məktəbə daxil olub ali hərbi təhsil almaq, bizim orduda, silahlı qüvvələrdə xidmət etmək istəyirsinizsə, demək, siz sağlam mənəviyyata malik olmalısınız.

Ordu hər bir dövlətin əsas atributlarından sayılır. Xüsusən müharibə vəziyyətində yaşayan, əraziləri işğala məruz qalan ölkə üçün bu, həyati əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. Ümummilli Lider Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edir, ordu quruculuğu sahəsində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışırdı. 2001-ci il iyunun 25-də keçirilən tədbir də bu baxımdan xarakterikdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından ötən səkkiz ildə Azərbaycan dövlətinin müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordu formalaşmışdı. Ulu Öndər Silahlı Qüvvələr Günündə bu və digər uğurlardan, həmçinin ordu quruculuğunun çətinliyindən, hər bir əsgərə, zabitə öz biliyini, bacarığını nümayiş etdirmək üçün imkan yaradılmasının vacibliyindən bəhs etdi.

X X X

Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş mərasimdəki nitqindən

• Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Deyə bilərəm ki, bəlkə də, onurğa sütunudur. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün ən əziz anlayış olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir.

• Müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var.

• Azərbaycan xalqı, onun yaratdığı dövlət, onun yaratdığı silahlı qüvvələr böyük sınaqlardan, çətinliklərdən keçərək, böyük itkilər verərək Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib və artıq indi dönməz vəziyyətə gətirib çıxarıbdır.

• Sevindirici hal ondan ibarətdir ki, indi özünü hərbi peşəyə həsr etmək istəyən gənclər ilbəil artır. Mən bunu xüsusi qeyd etmək istəyirəm ona görə ki, vaxtilə biz müstəqil olmadığımız zaman, sovet hakimiyyəti dövründə Azərbaycan gənclərinin içərisində özünü hərbi peşəyə həsr etmək istəyənlər az idi. Bəlkə də bunun obyektiv səbəbləri var idi. Çünki gənclər böyük sovet ordusunda xidməti, yaxud orada uzunmüddətli xidməti sevmirdilər, ya da başqa sənətləri bundan üstün tuturdular.

• Ordu yaratmaq, qurmaq asan bir şey deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu asan bir şey deyildir. Ona görə də ordunun, silahlı qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycanın dövləti, Azərbaycanın Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir.

• Elə etməliyik ki, orduda hər bir əsgərin, hər bir zabitin öz biliyini, bacarığını, gücünü, vətənpərvərliyini nümayiş etdirmək üçün həqiqətən imkanları olsun. Ona görə də biz bu sahədə olan nöqsanları da qeyd etməliyik. Onların aradan qaldırılması ilə də məşğul olmalıyıq.

• Ordunun ordu olmasının əsas amili nizam-intizamdır. Hər bir sahədə nizam-intizam ordudakı kimi vacib, əhəmiyyətli deyildir. Ona görə də ciddi nizam-intizam, hərbi nizamnamənin tam yerinə yetirilməsi vacibdir.

• Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib