Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin martı

Bakı, 18 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

12 mart. Prezident Heydər Əliyev ABŞ-dan vətənə qayıtdı, hava limanında jurnalistlərə müsahibə verdi.

13 mart. Londona birgünlük səfər etdi.

17 mart. Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasını keçirdi.

19 mart. Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

20 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyinə qatıldı.

24 mart. Bakıda Baş Kafedral kilsənin açılış mərasimində iştirak etdi.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilatın hazırlıq komissiyasının icraçı katibi Volfqanq Hoffmannı qəbul etdi.

29 mart. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında aparılan tikinti-bərpa işlərinin gedişi ilə tanış oldu.

31 mart. Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa müraciət etdi.

Şəhidlər xiyabanını ziyarət etdi.

X X X

Prezident Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu prosesi uğurla davam edir, iqtisadi-sosial çətinliklər arxada qalır, Azərbaycan tədricən inkişaf yoluna çıxırdı. 2003-cü il martın 20-də Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Ulu Öndər son on ildə keçilən yola nəzər saldı, əldə edilən nailiyyətləri diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanda ardıcıl olaraq demokratik dövlət quruculuğu həyata keçirilir. İqtisadiyyat inkişaf edir, xalqımın rifah halı günü-gündən yaxşılaşır. Respublikanın hər yerində, hər bir bölgədə ictimai-siyasi sabitlik bərqərar olub. İnsanlar rahat, sərbəst yaşayır, öz işləri ilə məşğuldur. Bütün bunlara görə də Azərbaycan xalqı öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini bərpa edib və öz milli bayramlarını yüksək səviyyədə qeyd edir.

Novruz bayramını çadır şəhərciklərdə keçirən soydaşlarımızın ağır şəraitdə yaşadıqlarını təəssüf hissi ilə vurğulayan Prezident Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına və məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına inamını ifadə etdi.

Sitat: Xalqımız rahat yaşayır. Ancaq bu günlərdə bu bayramı çadır şəhərciklərində keçirən soydaşlarımız da var. Onlar neçə ildir ki, ağır şəraitdə yaşayırlar. Ancaq yaşayırlar və böyük ümidlə yaşayırlar. Onlar böyük əzmkarlıq göstərirlər, dözümlülük göstərirlər və bu dözümlülüyə görə də mən bütün qaçqınlara, məcburi köçkünlərə, çadır şəhərciklərində yaşayan soydaşlarımıza bu bayram günü xüsusi təşəkkürümü bildirirəm. Mən çadır şəhərciklərində yaşayan soydaşlarımızı, vətəndaşlarımızı bu bayram günü xüsusi təbrik edirəm və onlara, bütün xalqımıza bildirirəm ki, bu günün ömrü azdır. Azərbaycan dövləti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi yolunda ardıcıl fəaliyyət göstərir və ümidvaram ki, bunun nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və didərgin düşmüş soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

Bu gün Azərbaycan unikal tolerantlıq məkanı kimi tanınır. Respublikamızda bütün xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav əhali dinc yanaşı yaşayır, onların hüquqları etibarlı surətdə qorunur. Bunun bariz nümunələrindən biri də 2003-cü il martın 24-də Bakıda Baş Kafedral kilsənin bərpadan sonra açılışı oldu. Açılış mərasimindəki çıxışında kilsənin tarixçəsindən, sovet hakimiyyəti dövründə din xadimlərinin acınacaqlı aqibətindən danışan Prezident Heydər Əliyev xatırlatdı ki, XX əsrdə, ümumən, xristian və İslam dinləri kimi, bu məbəd də böyük sınaqlara məruz qalıb. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ayinlər icra etdiyi yer olan kilsə 1920-ci ildə bağlanıb, yepiskop öldürülüb. Azərbaycan ziyalılarının, Azərbaycanın din xadimlərinin də aqibəti belə olub. Ötən əsrin 20-30-cu illərində onların bir çoxu günahsızcasına repressiya olunub, hər şeydən məhrum edilib.

Ulu Öndər rus pravoslav əhalinin hazırda heç bir problemlə üzləşmədiyini vurğulayaraq bəyan etdi ki, onlar bundan sonra da Azərbaycanda azad yaşaya, işləyə, sevimli işi ilə məşğul ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilərlər. Baş Kafedral kilsənin açılması pravoslav xristianların və bütün xristianların birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək.

Prezident, həmçinin qeyd etdi ki, müstəqil Azərbaycan dövləti qarşısında duran vəzifələri həyata keçirərək, hüquqi və demokratik cəmiyyət quraraq, ötən illər ərzində tolerantlıq sahəsində də bir çox irəliləyişlərə nail olub.

Sitat: "Sovet hakimiyyəti illərində Azərbaycan xalqı üçün qadağan edilənlərin çoxu bərpa olundu, xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı bölgə yepiskopluğu statusu aldı. Yeri gəlmişkən, bu, yəni, Bakı və Xəzəryanı bölgə yepiskopluğu sovet hakimiyyətindən əvvəl də mövcud idi. 1934-cü ilədək bir çox onilliklər ərzində mövcud olmuş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki, bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şərait yaratmaq mümkün oldu. Budur, həmin fəaliyyətin nəticəsi göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir”.

Qeyd edək ki, milli-dini tolerantlıq mühitinin qorunub möhkəmləndirilməsinə yönəlmiş siyasət son iyirmi ildə Prezident İlham Əliyev tərəfindən dönmədən davam etdirilib. Nəticə göz önündədir: dünyada tolerant ölkə kimi nümunə göstərilən Azərbaycan, eyni zamanda, sivilizasiyalararası dialoq məkanına çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər