Xames Rodriqez 11 milyon avro məbləğində cərimələnib
Bakı, 27 iyul, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubuna məxsus olan, hazırda icarə əsasında Almaniyanın “Bavariya” klubunda forma geyən Xames Rodriqez vergidən yayındığına görə külli miqdarda cərimə ödəməli olacaq.
AZƏRTAC Madrid klubunun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu 11,65 milyon avro məbləğində cərimələnib.
2014-cü ildə “Real Madrid” klubuna transfer olunandan sonra İspaniyaya köçən kolumbiyalı yarımmüdafiəçi 6,35 milyon avro məbləğində vergini ödəməkdən yayındığı üçün ona belə ağır cəza verilib.
Vergi müfəttişliyi iddia edir ki, futbolçu tam həcmdə vergi ödəməlidir. Çünki onun iqtisadi fəaliyyətinin çox hissəsi İspaniya ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]