Xarici diplomatlar və hərbi attaşelər Naxçıvana səfər ediblər
Naxçıvan, 6 may, AZƏRTAC
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər mayın 6-da Naxçıvan şəhərinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Bakıdan və Ankaradan Naxçıvana xüsusi çarter reysləri təşkil olunub.
Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələrinin, eləcə də hərbi attaşelərin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə iştirakı planlaşdırılıb.