XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Martın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Rudolf Perinanı, fransalı Filip dö Sürmeni və rusiyalı Nikolay Qribkovu qəbul etmişdir.
Nazir Vilayət Quliyev həmsədrlərin regiona növbəti səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərinin zəruriliyini bildirmişdir. O, ATƏT-in İcraçı sədrinin regiona səfərindən sonra həmsədrlərin gəlişini münaqişənin həlli istiqamətində aparılan işlərin estafeti kimi dəyərləndirmişdir.
Öz növbəsində həmsədrlər bu istiqamətdə üzərlərinə düşən vasitəçilik missiyaların məsuliyyətini önə çəkərək münaqişənin həlli istiqamətində irəliləyişin əldə olunması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmişlər.
Nazir Vilayət Quliyev regionda tezliklə sülhün bərqərar olunması üçün vasitəçilərin öz üzərlərinə götürdükləri missiyanı uğurla başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:54]
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]