SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Martın 12-də xarici işlrə naziri Vilayət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
Səfir öz ölkəsinin Prezidenti cənab Pərviz Müşərrəfin Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə ünvanlanmış təbrik məktubunu nazir Quliyevə təqdim etmişdir.
Daha sonra nazir Vilayət Quliyev və səfir Faiz Məhəmməd Xoso Pakistan ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına və əlaqələrin genişlənməsinə dair ətraflı fikir mübadiləsi aparmışlar.
Söhbət zamanı səfir Faiz Məhəmməd Xoso ölkəsindəki ictimai-siyasi proseslər barədə nazirə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.