Xarici şirkətin əməkdaşları AzMİU-nun tələbələri üçün təlim keçəcəklər
Bakı, 6 mart, AZƏRTAC
Almaniyanın “Green Life Engineering” şirkətinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının qonağı olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, şirkətin əməkdaşları tələbə və müəllimlər üçün “Külək turbinlərinin hesablanması və istismarı” mövzusunda geniş təqdimatla çıxış ediblər. Çıxış yüksək maraqla qarşılanıb və geniş diskussiya aparılıb.
Razılaşmaya görə, şirkətin əməkdaşları ayda bir dəfə AzMİU-nun tələbələri üçün mühazirələr oxuyacaq və hər ay dörd nəfər tələbəyə öz ofislərində pulsuz kurslar təşkil edəcəklər. Kurslara cəlb olunan və sonda imtahanı müvəffəqiyyətlə verən tələbələrə sertifikat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]