İQTİSADİYYAT
Xarici sularda üzən dənizçilərimiz Türkiyəyə dəstək nümayiş etdiriblər
Bakı, 7 fevral, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan gəmilərinin heyət üzvləri Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar dəstək xarakterli aksiya təşkil ediblər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, dənizçilər dağıdıcı zəlzələyə diqqəti artırmaq məqsədilə öz təşəbbüsləri ilə çalışdıqları gəmilərin göyərtələrində “Pray For Türkiye” posterləri açıblar. Bununla gəmiçilər həm də təbii fəlakətdən təəssüfləndiklərini, hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyə xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Dəstək aksiyaları zamanı dənizçilər zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini anıb, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]