Xətai rayonunda 6 ağacın qəsdən qurudulması faktı aşkarlanıb
Bakı, 24 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, həmin ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsinin qəsdən qurudulması məqsədilə naməlum şəxslərin yaşköküstə, diametri 12-40 santimetr aralığında olan 6 müxtəlifcinsli ağacın dib hissəsini qazaraq dizel yanacağı tökdüyü faktı aşkar olunub.
Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai Rayon Polis İdarəsinə müraciət olunub.
Həmin ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün nazirlik Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]