Xətai rayonunda avtomobildən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini yaxalanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakıda və Şamaxıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 16-da Xətai rayonu ərazisində iki avtomobildən qızıl boyunbağı, mobil telefon və konyak oğurlamaqda şübhəli bilinən paytaxt sakini X.Cəlilov Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Çarxan kəndi ərazisindəki fermer təsərrüfatlarının birindən 1120 manat dəyərində damla suvarma boruları oğurlamaqda şübhəli bilinən kənd sakini V.Hacıyev tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.