Xətai rayonunda baş verən yanğın söndürülüb
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən evdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasının və bitişik evlərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.