CƏMİYYƏT
Xətai rayonunda “Hyundai” markalı avtomobil qaçırılıb
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]