Xətai rayonunda iməcilik zamanı 800-dən çox ağac əkilib
Bakı, 16 dekabr, AZƏRTAC
Ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbiətə qayğı və yaşıllıqların artırılması sahəsində Xətai rayonunda ardıcıl tədbirlər görülür. Rayon icra hakimiyyəti və IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun bütün idarə, müəssisə, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində, eləcə də, məhəllədaxili ərazilərdə daha bir ağacəkmə kampaniyası keçirilib.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, ağacəkmə aksiyasında 2 min nəfərə yaxın könüllü iştirak edib.
Aksiya çərçivəsində 800-dən çox zeytun, şam və küknar ağacları əkilib. Yüksək fəallıq və əhval-ruhiyyə ilə keçirilən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, ağac və bəzək kolları əkilib.