Xətai rayonunda keçirilən növbəti iməcilikdə 200-dən çox ağac əkilib
Bakı, 9 dekabr, AZƏRTAC
Ekoloji durumun daha da yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda davamlı xarakter alıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və yaşıllıq zolağını artırmaq məqsədilə keçirilən iməcilikdə 150 nəfərdən artıq adam iştirak edib.
İməcilik rayonun Cavanşir küçəsi 6, Nobel prospekti, General Mehmandarov küçəsi, İnqilab İsmayılov küçəsi 3, 5 və Məzahir Rüstəmov küçəsi 9 ünvanlarını əhatə edib. Yüksək fəallıq şəraitində keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, 200 ədəd müxtəlif növ 200 ədəd ağac əkilib.