Xətai rayonunda keçirilən yaşıllaşdırma aksiyasında 1000 ağac əkilib
Bakı, 1 mart, AZƏRTAC
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Həmin tədbirlər çərçivəsində rayon ərazisində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada Ceyhun Həsənov, X.Məmmədov, Ç.Kərimov küçələrində, Gəncə prospektində Heydər Əliyev və Gənclik parklarında 1000 ədəd ağac əkilib.
Rayonda yaşıllaşdırma aksiyalarının davamlı olaraq keçirilməsi nəzərdə tutulub.