Xətai rayonunda növbəti iməcilik təşkil olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Ətraf mühitin daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda davamlı xarakter alıb.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayonda keçirilən növbəti iməcilik Xudu Məmmədov küçəsi, 29, İnqilab İsmayılov küçəsi, 3-5, Telnov küçəsi, 8, General Mehmandarov küçəsi, 50, Nəsrəddin Tusi küçəsi, 19, Zığ yolu küçəsi, 7d ünvanlarını əhatə edib.
Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, müxtəlif növ ağaclar əkilib.