Xətai Sənət Mərkəzində dörd rəssamın əsəri nümayiş olunacaq
Bakı, 26 fevral, AZƏRTAC
Martın 3-də Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini göstərməkdir.
Sərgidə İttifaqının üzvləri - Əbdüləmi Əliyev, Süleyman Hüseynov, Əmrah Mədətov və Sabbar Manafovun yağlı boya və akvarel texnikalarında ümumilikdə 60-a yaxın etüd əsərləri yer alacaq.
Sərgi martın 5-dək davam edəcək. Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]