Xəzər Dəniz Gəmiçiliyinin istiqrazları abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Bakı, 2 mart, AZƏRTAC
Martın 3-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 100 min ədəd, nominal dəyəri min dollar, illik faiz dərəcəsi 6 faiz, tədavül müddəti 5 ildir. Yerləşdirmə tarixi martın 3-dür. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Ötən il dekabrın 9-da Bakı Fond Birjası QSC Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]