Xəzər dənizinə indiyədək 43 milyon nərə cinsli balıq körpəsi buraxılmışdır
Bakı, 30 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları və media nümayəndələri “Xəzər həftəsi” çərçivəsində Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırmaq məqsədi daşımışdır.
Jurnalistlər müəssisədə yetişdirilən nərə cinsli balıqların saxlanılması, artırılması prosesini izləmiş və zavodun fəaliyyəti ilə bağlı suallarına mütəxəssislər tərəfindən cavab almışlar.
Bildirilmişdir ki, 2003-cü ildən fəaliyyət göstərən zavodun hovuzlarından Xəzər dənizinə indiyədək 43 milyon nərə cinsli balıq körpəsi buraxılmışdır. Balıq körpələrinin 2 milyonu bu ilin payına düşür.
Bundan başqa, 15 hektar ərazini əhatə edən zavodun illik istehsal gücü 15 milyon balıq körpəsinə bərabərdir. Kür çayından xüsusi qurğular vasitəsilə götürülən sularda 150-200 qramdan 10 kiloqrama qədər balıqlar böyüdülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]