Xəzər rayonunda yeni salınan magistrallar boyu zeytun ağacları əkilib
Bakı, 27 dekabr, AZƏRTAC
Ölkə Prezidenti İlham Əliyevin ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi ilə bağlı verdiyi tapşırıq Xəzər rayonunda uğurla yerinə yetirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Qala - Pirallahı, Buzovna -Mərdəkan-Qala və Zirə və Türkan qəsəbələrini birləşdirən yeni salınan magistrallarda çoxlu zeytun ağacları əkilib. Rayonun digər qəsəbə və yaşayış məhəllələrində də yaşıllaşdırma işləri aparılır.
Ağacların əkilməsi zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, əvvəllər əkilən ağaclar budanıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.