Xəzər rayonunun çimərlik ərazisi məişət tullantılarından təmizlənmişdir
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın sonuncu həftəsi BMT-nin qərarı ilə hər il bütün dünyada Beynəlxalq Dəniz Günü kimi qeyd edilir.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonundakı Mərdəkan çimərliyində “Şəhəri təmizləyək” şüarı altında iməcilik keçirilmişdir.
“Təmiz Şəhər” ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilmiş iməcilik şəhərin təmizliyinin qorunmasına, əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə ictimai dəstək göstərmək məqsədi daşımışdır.
Ümumilikdə 200-ə yaxın gəncin və məktəblinin iştirak etdiyi aksiyada Xəzər rayonunun çimərlik boyu ərazisi məişət tullantılarından təmizlənərək, Balaxanı poliqonuna daşınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]