Xəzər rayonunun Pirallahı qəsəbəsində Gənclər Parkı açılmışdır
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də - Neftçilər Günü ərəfəsində paytaxtın Xəzər rayonunun Pirallahı qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə vəsaiti hesabına əsaslı təmir olunan Gənclər Parkının açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Rauf Əliyev və Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ələkbər Heydərov çıxış edərək parkın istifadəyə verilməsinin qəsəbənin həyatında əlamətdar hadisə olduğunu bildirdilər. Qeyd olundu ki, 20 minə yaxın əhalisi olan Pirallahı qəsəbəsində əsasən neftçi ailələri məskunlaşmışlar. Ərazisi 2 hektar olan parkda 70 metr hündürlükdə bayraq dirəyi də ucaldılmışdır. Parkın ərazisi müasir işıqlandırma sistemi ilə təchiz olunmuş, meydança və səkilərə 6 min 200 kvadratmetr tamet plitələr döşənmişdir. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə və gözoxşayan fəvvarə də quraşdırılmışdır. Parkın hasarı bərpa olunaraq üzlənmişdir.
Sonra dövlət himninin sədaları altında Azərbaycanın üçrəngli bayrağı ucaldıldı.
Tədbir rəqs qruplarının və məktəblilərin çıxışları ilə davam etdirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]