ELM VƏ TƏHSİL
Xəzər və Portuqaliya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 20 iyun, AZƏRTAC
“Erasmus+” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Texniki Universitetinin professorları - Nuno Adriano, Baptista Ribeyro, Helder Gomes və Getulio İgrejas Xəzər Universitetində olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti ilə rektor İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernigora, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova görüşüblər.
Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyəti universitetin laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar.
Proqram çərçivəsində qonaqlar Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər.
Sonda professorlar sertifikatla təltif olunublar.