Xəzərdə yaxta ilə gəzinti
Bakı, 18 may (AZƏRTAC). Azərbaycana rəsmi səfəri çərçivəsində Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Xəzər dənizinin Bakı buxtasında yaxta ilə gəzintidə olmuşlar.
Dənizdən paytaxtın ümumi mənzərəsini maraqla seyr edən Çexiya Prezidentinə məlumat verildi ki, gündən-günə daha da müasirləşən və sürətlə yenilənən Bakının inkişafı istiqamətində görülən işlər konkret dövlət proqramlarına əsaslanır. Ali qonaq Bakıda son illərdə aparılan sürətli yenidənqurma işlərinin nəticələri və reallaşdırılması nəzərdə tutulan irimiqyaslı infrastruktur layihələrinin icrası ilə maraqlandı. Qonağın diqqətinə çatdırıldı ki, Bakının sosial-iqtisadi modernləşdirilməsi işləri davamlı xarakter almış, yollar və digər infrastruktur obyektləri inşa olunmuş, yenidən qurulmuş, həmçinin ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Çexiya Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Xəzərdən Bakının mənzərəsini maraqla seyr etdilər.
Ali qonaq yaxtada xanımı ilə xatirə şəkli çəkdirdi.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]