Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzərdən dənizçilərin dünyaya yayılan SOS siqnalı

Xəzərdən dənizçilərin dünyaya yayılan SOS siqnalı

Bakı, 19 yanvar, AZƏRTAC

O gecə Bakının yuxusu ərşə çəkilmişdi. Hara gəldi atılan ölümsaçan güllələr günahsız insanları qanına qəltan edir, imdad diləyənlərin ah-naləsi qaranlığın bağrını dəlirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər Dəniz Neft Donanmasının mülki gəmiləri üçün də çox ağır və dəhşətli sınaq oldu. Həmin gecə iş başında olan kapitan, şair-jurnalist Faiq Balabəyli AZƏRTAC-ın müxbirinə deyib: “Həmin vaxt “Şirvan” gəmisində çalışırdım. Növbəti iş tapşırığını yerinə yetirmək üçün Neft Daşları ərazisində idik. Yanvarın 19-da axşam saatlarında “Şirvan” gəmisi Çilov adası yaxınlığında lövbər ataraq dayanmışdı. Kayutda olarkən növbətçi matros “Mayak” radiosuna qulaq asarkən verilişin dayandırılaraq bir nəfərin həyəcan dolu səslə Bakıda qırğın törədildiyini, meyitlərin küçədə qaldığını dediyini eşidib. Tez radionu açdım. Həyəcanlı səs insanları küçəyə çağırır, meyitləri və yaralıları götürmək üçün yalvarışlar edirdi. Qəfil səs dayandı.

Kapitan körpüsünə qalxaraq kapitan İbad Məmmədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsilə Bakıda baş verən faciə haqqında məlumat verdim. Sonra həmin ərazidə dayanan gəmilərin kapitanları arasında rabitə vasitəsilə kiçik məşvərət keçirib gəmilərin Bakı buxtasına qayıtması haqqında qərar qəbul etdik”.

Kapitan xatırlayır: “Yanvarın 20-də, səhər saatlarında bizim gəmi Bakı buxtasına çatanda artıq Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-ə yaxın gəmisi Bakı buxtasında lövbər ataraq etiraz aksiyasına başlamışdı. Hərbi gəmilərin Bakı buxtasına giriş-çıxışı məhdudlaşdırmaq üçün gəmilər xüsusi koordinatlarda dayanmışdılar. Yanvarın 20-də günün birinci yarısında hərbi gəmilərin hərəkətinə yol verməmək üçün donanmanın gəmiləri Bakı buxtasına gedən yolu tamamilə kəsmişdi. Dənizçilərin fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov” adına sərnişin gəmisi qərargaha çevrilmişdi. Burada təcrübəli 7 gəmi kapitanı, eləcə də ağsaqqallar və fəal dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsilə gəmilərə ötürülür, müzakirələr aparılandan sonra qəbul edilən bəzi qərarlar həyata keçirilirdi. Gəminin kapitanı Mövlud Əliyev çox böyük cəsarət və fədakarlıq göstərirdi.

Dənizçilər SOS siqnalının mətnini hazırladılar. Mətndə Azərbaycan paytaxtında sovet qoşunlarının törətdiyi qırğınlar barədə məlumat verilirdi. Bundan başqa SSRİ-nin prezidenti Mixail Qorbaçova, SSRİ Ali Sovetinə, müdafiə naziri Dmitri Yazova və digər rəsmi şəxslərin ünvanına günahsız sakinlərin qırğınını dayandırmaq, qoşunların şəhəri tərk etməsi barədə müraciətlər göndərildi. Yanvarın 20-si səhər saat 11.30-dan yanvarın 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan SOS siqnalının ilk mətninin əks-sədasını dənizçilər bir saatdan sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırlar. 50-dən çox ölkənin dənizçisi radioqramlarla Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını və faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirirlər.

Bakı komendantı xəbər göndərdi ki, dənizçilər yanvarın 21-də öz tələbələrini SSRİ müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini, admiral Sidorova çatdıra bilərlər. Hərbi komandanlıq Xəzər dənizindəki qarşıdurmaya görə mülki gəmiləri ittiham edir və onları “dəniz quldurları” adlandırırdı. Sovet hərbçiləri buxtanı boşaltmağı tələb edirdilər. Mülki gəmilərin Bakıya dənizdən giriş və çıxışı bağlamağa cəhd göstərməsinin isə məqsədi var idi. İnformasiya verilmişdi ki, Bakıdakı qırğın haqqında məlumatı ört-basdır etmək və qırğınların miqyasını kiçiltmək üçün şəhidlərin meyitlərini aparıb dənizə tökəcəklər.

Saat 15-ə qədər vaxt verildi ki, gəmilər buxtanı boşaltmasa gülləbaran ediləcək. Mülki və hərbi gəmilər üz-üzə dayanmışdılar. Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçiləri bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq bir addım da geri çəkilmədilər. Dənizçilərə göstərilən təzyiq və hədələr durmadan artırdı. Hərbi gəmilər mülki gəmiləri güllə yağışına tutdular. “Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi. Gəmi 8 yerdən mərmi zədəsi alaraq yanmağa başladı. Ona köməyə gələn “Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki mülki gəmi alova büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi. Paytaxtda fövqəladə vəziyyət tətbiq olunsa da, Bakı buxtasında bunu yanvarın 24-də elan etdilər. Etiraza görə 57 dənizçi cəzalandırılmaq üçün Orenburq və Ulyanovska göndərildi və bir ay saxlanıldıqdan sonra buraxıldılar”.

Faiq Balabəyli deyib: “Bütün bunlara baxmayaraq 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin dənizçilərinin böyük rolu oldu və onlar həmin dövrdə olan informasiya blokadasına baxmayaraq təpədən dırnağa qədər silahlanmış sovet qoşunları əliyalın əhalini atəşə tutaraq günahsız adamların qətlə yetirildiyini mümkün olan vasitələrlə əvvəl öz həmkarlarına, onların vasitəsilə müxtəlif ölkələrə çatdırdılar. Bu hadisə dənizçilərin həmrəyliyini nümayiş etdirən ilk hadisə kimi tarixə düşdü. Həmin günlərdə onların nümayiş etdirdiyi şücaət və qəhrəmanlıqdan bəhs edən “Azadlıq carçıları” adlı sənədli film çəkilib. Həmkarlarımın mücadiləsindən bəhs edən “Bakı buxtası - 20 Yanvar” adlı kitab çap etdirmişəm. Bundan başqa ötən il dənizçilərin 20 Yanvar faciəsi zamanı göstərdikləri misilsiz qəhrəmanlıqdan bəhs edən “Kəsilməyən həyəcan fiti” adlı kitabım da dərc olunub. Kitabda müəllif qeydləri, tarixi sənədlərlə yanaşı, həm də o günlərin iştirakçılarının xatirələri yer alıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov