SİYASƏT
XİN: Azərbaycan Suriya böhranının siyasi həllinin tapılmasının tərəfdarıdır
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi Suriya böhranı ilə əlaqədar ölkəmizin mövqeyini açıqlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adlı konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılmasına dair ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycan ən əsası bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır.