“Xoca” filmi Nizami Kino Mərkəzində pulsuz nümayiş olunacaqdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 26-da Nizami Kino Mərkəzində XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanınan Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Vahid Mustafayevin rejissorluğu ilə çəkilmiş, erməni vəhşiliklərindən bəhs edən “Xoca” filmi gün ərzində pulsuz nümayiş etdiriləcəkdir.
“Xoca” filmi real faktlar əsasında, Xocalı soyqırımı haqqında çəkilmiş ilk bədii filmdir. Vahid Mustafayev 2012-ci ildə 20 il bundan əvvəl Xocalı soyqırımı nəticəsində Çingiz Mustafayev tərəfindən çəkilmiş kadrları “Xoca” filmində canlandırmışdır.
Filmin baş prodüseri Mir Şahin, prodüseri Eyyub Danişvər, bəstəkarı Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operatoru Afşin Əlizadə, montaj edəni Elşad Rəhimovdur.
Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. “Gəlin dönək evə!” şüarı altında çəkilən bu film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]