Xocalı faciəsi tarixin qara səhifəsinə çevrilib
Bakı, 25 fevral, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Xocalı - qan yaddaşımız” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu təhsil müəssisəsinin direktoru, professor Asəf Zamanov Xocalı faciəsinin başvermə səbəblərindən və ağır nəticələrindən danışıb. Qeyd olunub ki, Xocalı soyqırımı xalqımıza və ümumilikdə bəşəriyyətə qarşı misli görünməmiş cinayətdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı hadisələrdən danışan direktor diqqətə çatdırıb ki, bu hadisə zamanı düşmən 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirib, yüzlərlə sakini əsir və girov götürüb. A.Zamanov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Digər çıxış edənlər də ermənilərin zaman-zaman qanlı faciələr törətdiklərini bildirib, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]