SİYASƏT
XOCALI FACİƏSİNİN QURBANLRAI GÜRCÜSTANDA DA ANILDI
Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar fevralın 26-da ölkəmizin Tbilisidəki səfirliyində Gürcüstan rəhbərliyinin, xarici dövlətlərin burada akkreditə olunmuş səfirliklərinin, soydaşlarımızın nümayəndələrinin iştiraşkı ilə xatirə tədbiri keçirildi. Səfir Hacan Hacıyev tədbiri açaraq, XX əsrin ən dəhşətli façiələrindən biri olan Xocalı soyqırımı, erməni quldurların vəhşilikləri barədə ətraflı məlumat verdi.
Gürcüstan parlamentinin deputatı Ramiz Bəkirov, S.-S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Azərbaycanlı Ziyalılar Birliyinin sədri, professor Valeh Hacıyev, Tbilisidəki Azərbaycan mədəniyyəti mərkəzinin direktoru Məmməd Gülməmmədov, Borçalışünas alim Şurəddin Məmmədli, Tbilisidəki 73 nömrəli Azərbaycan orta məktəbinin direktoru Salman Pirməmmədov çıxış edərək, Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, ümumiyyətlə bəşəriyyətə qarşı qanlı bir fəlakət olduğunu, tərəqqipərvər bəşəriyyətin bu faciəni unutmamasının zəruriliyini vurğuladılar.
Həmin gün Tbilisidəki 64 və 73 nömrəli, Rustavi şəhərindəki, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco rayonlarındakı Azərbaycan məktəblərində ilk dərslər ölkə rəhbərliyinin icazəsi ilə Xocalı fəlakətinə həsr edildi, şagirdlər bu faciə haqqında şerlər oxudu və səhnəciklər göstərdilər.
Fevralın 26-da “Axali taoba” (“Gənc nəsil”) qəzeti Xocalı soyqırımı haqqında geniş yazı və şəkillər dərc etmiş, Qafqazpress və Bespress agentlikləri xəbərlər yaymışdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi