“Xocalı soyqırımı beynəlxalq cinayət kimi” kitabı altı dildə nəşr olunub
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif dillərdə (Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb) nəşr olunan kitabın ideya müəllifi Azad Əhəd, elmi məsləhətçisi fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, rəyçiləri Anar Nağıyev və Zaur Qəriboğludur.
Məlumdur ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcək. Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirilir. Müəllifin sayca səkkizinci kitabında bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırımı kimi qəbul edilməsi, soyqırımı faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımında əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və digər məsələlər əksini tapıb. Nəşrdə, həmçinin beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]