XOCALI SOYQIRIMI İSTANBULDA YAD OLUNMUŞDUR
Türkiyənin İstanbul şəhərindəki mədəniyyət mərkəzində XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın İstanbuldakı baş konsulu Xeyrəddin Qoca çıxış edərək ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasəti, analoqu olmayan qəddarlıqları və vəhşilikləri barədə söhbət açmışdır. O, Prezident Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən də geniş bəhs etmişdir.
Mərmərə Universitetinin professorları Necdət Öztürk, Süleyman Bəyoğlu, Qəzetçilər və Yazarlar Vəqfinin rəhbəri Harun Tokak, “Şaman yolu” televiziyasının baş müdiri Hidayət Qaraca, Azərbaycan Təhsil nazirliyinin Türkiyədəki müşaviri Nəcibə Nəsibova və başqaları tədbirdə çıxış edərək Xocalı soyqırımı haqqında Türkiyədə aparılan tədqiqatlardan, bu qanlı faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açmış, Azərbaycan xalqına başsağlığı vermişlər.
Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Əli Əlirzayev əsrin əvvəllərindən bəri ermənilərin həyata keçirdiyi işğalçılıq siyasətindən danışmışdır.
Sonra Xocalı soyqırımından bəhs edən film göstərilmiş, şerlər söylənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]