Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qurbanlarının abidəsi önündə izdiham yaşanır VİDEO

Anım mərasimi beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır

Bakı, 26 fevral, AZƏRTAC

Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımından bizi 33 illik zaman məsafəsi ayırır. Dəhşətli qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi önündə izdiham yaşanır. Səhər saatlarından başlayaraq abidənin önündə insan axını ara vermir. Faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısı gül-çiçək dənizinə qərq olub. Müxtəlif idarə və təşkilatların kollektivləri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarının xatirəsini yad etməyə gəlirlər. Həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da abidə önündən hüznlə keçirlər.

Anım mərasiminin iştirakçıları arasında əvvəlki illərdən fərqli olaraq dərin kədər hissi ilə yanaşı, qürur hissi də duyulur. Axı uzun illər işğal altında qalan Qarabağ torpağı, o cümlədən Xocalı şəhəri düşməndən azad edilib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.

Abidəni ziyarət edənlər AZƏRTAC-a müsahibələrində 1992-ci il fevralın 26-na keçən gecə baş verən Xocalı hadisəsini heç vaxt unutmayacaqlarını söyləyir, qaniçən erməni quldurlarının törətdiyi qanlı faciəni lənətləyir, dəhşətli soyqırımının icraçılarının ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər.

Şuşa və Ağdam məscidlərində, Xocalı, Xankəndi şəhərlərində və azad olunmuş digər ərazilərdə də bu gün soyqırımı qurbanlarının xatirəsi yad olunur, şəhidlərin ruhuna dualar oxunur.

Qırx dörd günlük Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə misilsiz qəhrəmanlıq nümayiş etdirdi. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan, terrorçulardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan 2023-cü il oktyabrın 15-də Xankəndidə, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq Zəfər salnaməsinə yeni parlaq səhifələr yazdı.

Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına bərpa olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli milli sərvətidir. Ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib və hər il sentyabrın 20-də həmin gün qeyd ediləcək.

Düşmən işğalından azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar. Xocalının, eləcə də Ballıca kəndinin sakinləri doğma ocağa, öz yurduna qayıdırlar.

Xocalı soyqırımı təkcə bir şəhərin dinc sakinlərinə qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Uydurma, heç bir dəlil-sübutu olmayan “erməni soyqırımı”ndan danışan bəzi dövlətlər, o cümlədən bir sıra Avropa ölkələri dünyanın gözü qarşısında baş vermiş bu qətliamı görməzdən gəlirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5 min 379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalıda aşkarlanmış kütləvi məzarlıq, üzərində işgəncə əlamətləri olan insan qalıqları erməni vəhşiliyinin daha bir sübutudur.

Anım mərasimi, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalının azad edilməsindən sonra daim ora səfərlər edir, sakinlərlə görüşür. Dövlətimizin başçısı bu görüşlər zamanı çıxışlarında Xocalı soyqırımını heç vaxt unutmayacağımızla, Xocalını yenidən dirçəldəcəyimizlə bağlı fikirlər səsləndirir. Prezident İlham Əliyevin bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı, sonra kəndə köçən bir qrup sakinlə görüşü bunun bariz nümunəsi və əyani sübutudur.

Xocalı soyqırımı qurbanlarının abidəsi önündə izdiham yaşanır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb